Deputat: “Kimlərsə ölkəni qarışdırmaq istəyir”
Tarix: 13-06-2020 01:11 | Bölmə: Siyasət
Deputat: “Kimlərsə ölkəni qarışdırmaq istəyir”

"Kimlərsə ölkəni qarışdırmağa start verib. Keçmiş Müdafiə naziri Rəhim Qazıyevə küçədə xəsarət yetirilməsi də açıq-aşkar bunun təzahürüdür".

Reyting.az
xəbər verir ki, bu sözləri Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa sabiq nazir Rəhim Qazıyevin döyülməsinə münasibət bildirərkən deyib.

F. Mustafa təxribatların qarşısını almaq üçün səfərbər olmağın vacibliyini vurğulayıb:

"Hadisə yerində kameralar olubsa, ictimaiyyətə dərhal açıqlanmalı, hadisəni törədənlərin kimliyi təsbit olunmalıdır. Ölkədə gərginlik yaradan hadisələrin ard-arda gəlməsi hər bir vətəndaşımızı daha diqqətli olmağa səsləyir. Hamılıqla baş verən bu təxribatların qarşısını almağa səfərbər olmalıyıq".(Yeni Sabah)

Deputat: “Kimlərsə ölkəni qarışdırmaq istəyir”




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}