16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Türkiyədən Rusiyaya mesaj: qırıcı təyyarələr və hərbi gəmilər Aralıq dənizində... - Fotolar
Tarix: 15-06-2020 11:40 | Bölmə: Siyasət
Türkiyədən Rusiyaya mesaj: qırıcı təyyarələr və hərbi gəmilər Aralıq dənizində...

Türkiyə Silahlı Qüvvələri (TSK) Aralıq dənizində raket təlimləri keçirib.

Reyting.az
xəbər verir ki, Rusiyanın Suriyadan Liviyaya hərbi uçuşlar həyata keçirməsi ilə bağlı iddialar aktuallığını qoruduğu bir vaxtda TSK-nın Hərbi Hava Qüvvələrinin Aralıq dənizində “Havadan havaya” təlimləri buna bir cavab mesajıdır.

Məlumata görə, TSK-nın Liviya üçün qərarlılıq mesajı verdiyi açıq dəniz təlimləri 2 min kilometrlik sahədə 8 saat davam edib.

Türkiyədən Rusiyaya mesaj: qırıcı təyyarələr və hərbi gəmilər Aralıq dənizində...

Təlimlərdə 17 hərbi təyyarə və 8 gəmi iştirak edib. Təlimlərdə “Sülh Qartalı” kimi tanınan “E-7T” hava xəbərdarlığı və idarəetmə təyyarəsinin də (HRC) iştirak etdiyi bildirilir.

İyunun 11-də baş tutan təlimlərdə iştirak edən “F-16” qırıcıları müharibə şərtlərinə uyğun silahlandırılıb və havada raketləri ilə diqqət çəkib. Xüsusilə, qırıcılarda “AİM-120 AMRAAM”, “AİM-9” raketlərinin olduğu bildirilir. Qeyd edək ki, bu raketlər məxsusi olaraq havadan gələ biləcək təhdidlərə qarşı istifadə edilir.

Xatırladaq ki, Rusiyanın Suriyadan Liviyaya “Miq-29” və “SU-24” hərbi təyyarələri göndərdiyinə dair iddialar yayılıb. “Havadan havaya” raketlərinin təlimlərdə göstərilməsi rusların bu addımına cavab mesajı kimi qiymətləndirilir.

Onu da qeyd edək ki, TSK “Bahar qalxanı” əməliyyatı zamanı Suriyada Əsəd rejiminə məxsus olan Rusiyanın “SU-24” və “L-39” hərbi təyyarəsini vurmuşdu. Bu zaman “F-16”-nın pilotu düşmən radarlarına düşməmək üçün öz radarını bağlamışdı.

Türkiyədən Rusiyaya mesaj: qırıcı təyyarələr və hərbi gəmilər Aralıq dənizində...Türkiyədən Rusiyaya mesaj: qırıcı təyyarələr və hərbi gəmilər Aralıq dənizində...




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}