Milli Məclisin əməkdaşlarında koronavirus aşkarlanıb
Tarix: 16-06-2020 11:49 | Bölmə: Siyasət
Milli Məclisin əməkdaşlarında koronavirus aşkarlanıb

Azərbaycan Respublikasının Milli Məclisində “COVİD-19” karonavirus infeskiyası ilə bağlı əməkdaşlar arasında mütəmadi testlər aparılır.

Reyting.az
xəbər verir ki, Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu testlər nəticəsində Milli Məclisin İşlər İdarəsinin iki əməkdaşında “COVİD-19” testinin nəticəsi müsbət çıxıb.

Onlar dərhal həkim nəzarətinə götürülüblər. Həmin əməkdaşların ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar. Milli Məclisin “COVİD-19” testinin nəticəsi müsbət çıxan əməkdaşları özlərini yaxşı hiss edir. Onlarda hərarət və infeksiyanın digər əlamətləri müşahidə edilmir.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}