Azərbaycan XİN Türkiyə səfirini təbrik etdi
Tarix: 18-06-2020 10:39 | Bölmə: Siyasət
Azərbaycan XİN Türkiyə səfirini təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin BMT-dəki daimi nümayəndəsi Volkan Bozkırı BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri seçilməsi münasibətilə təbrik edib.

Reyting.az
-ın xəbərinə görə, təbrik mətni XİN-in rəsmi “Twitter” səhifəsində yayılıb.

“Volkan Bozkıra BMT-nin baş Assambleyasının 75-ci sessiyasının sədri seçilməsi münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq. Biz səfir Bozkıra BMT-nin belə yüksək vəzifəsində və gələcək təşəbbüslərində uğurlar diləyirik”, - təbrikdə vurğulanıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}