Növbəti “Şərq Tərəfdaşlığı” sammiti Brüsseldə keçiriləcək
Tarix: 18-06-2020 20:37 | Bölmə: Siyasət
Növbəti “Şərq Tərəfdaşlığı” sammiti Brüsseldə keçiriləcək

“Növbəti “Şərq Tərəfdaşlığı” sammiti 2021-ci ilin martında Brüsseldə keçiriləcək”.

Bunu Avropa Şurasının prezidenti Şarl Mişel Avropa ittifaqı ölkələrinin və “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrin liderlərinin videokonfransının yekunu üzrə keçirilən mətbuat konfransında deyib.

S.Mişel qeyd edib ki, bugünkü videokonfrans proqramın gələcəyini müzakirə etməyə, eləcə də gələn ilin martında keçiriləcək və yekununda bəyannamə qəbul ediləcək növbəti sammitin gündəliyini hazırlamağa imkan verib.

“Bu gün tərəfdaşlarımıza dəstək göstərərək, koronavirus pandemiyası dövründə həmrəyliyin vacibliyini vurğuladıq. İllərdir “Şərq Tərəfdaşlığı” proqramı qarşılıqlı faydalı olduğunu sübut edir”, - o, bildirib/Report.




Bölməyə aid digər xəbərlər