07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Azərbaycan və BƏƏ qarşılıqlı dəstəklə bağlı razılığa gəlib
Tarix: 24-06-2020 15:54 | Bölmə: Siyasət
Azərbaycan və BƏƏ qarşılıqlı dəstəklə bağlı razılığa gəlib

İyunun 24-də Xarici İşlər naziri Elmar Məmmədyarovun BƏƏ-dən olan həmkarı Şeyx Abdullah Bin Zayed Əl Nəhyan ilə telefon danışığı olub.

XİN-dən Reyting.az-a bildirilib ki, nazirlər ikitərəfli dostluq və əməkdaşlıq əlaqələri, həmçinin ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlərin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Nazirlər qlobal pandemiya ilə bağlı son vəziyyət və iki ölkə tərəfindən COVID-19 epidemiyasının təsirini yumşaltmaq üçün görülən tədbirlərə dair məlumat mübadiləsi aparıblar. Tərəflər yeni növ koronavirus ilə mübarizə üçün qarşılıqlı dəstəyin və beynəlxalq həmrəyliyin vacibliyini bir daha qeyd ediblər.

Nazir Elmar Məmmədyarov BƏƏ-nin COVID-19 ilə mübarizə üzrə Azərbaycana verdiyi yardımı yüksək qiymətləndirib.

Hər iki nazir müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi barədə razılığa gəliblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}