Fransa Minsk qrupu həmsədrliyindən uzaqlaşdırılsın! - Bəyanat
Tarix: 24-06-2020 18:09 | Bölmə: Siyasət
Fransa Minsk qrupu həmsədrliyindən uzaqlaşdırılsın!

“Erməni əsilli fransalı kinorejissor Robert Defin Azərbaycanın işğal olunmuş ərazilərində film çəkməsini qətiyyətlə pisləyirik. Bu filmin Dağlıq Qarabağ ərazisində çəkilməsi Ermənistanın orada yaratdığı qondarma rejimin təbliğinə xidmət edir”.

Reyting.az
xəbər verir ki, belə bir bəyanatla Qarabağ Azadlıq Təşkilatı (QAT) çıxış edib.

QAT bəyan edir ki, Fransa hökuməti öz vətəndaşı, kinorejissor Robert Defin Dağlıq Qarabağda bədii film çəkməsinə şərait yaratmaqla Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirir: “Fransa bununla işğalçı Ermənistanın Azərbaycana, insanlığa qarşı hərbi cinayətlərinə, etnik təmizləmə, soyqırım siyasətinə dəstək vermiş, müdafiə etmiş olur. Biz Fransa hökumətindən bu cür hərəkətlərinə son qoymağı, Fransa vətəndaşı tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində film çəkilişinin dərhal dayandırılmasını tələb edirik. Əks halda Fransa səfirliyinin Azərbaycanda fəaliyyət göstərməsinə ehtiyac qalmayacaq, onlar rədd olub Azərbaycanı tərk edə bilərlər”.

QAT Azərbaycan hökumətindən Fransanın Minsk qrupu həmsədrliyindən uzaqlaşdırılmasını və Azərbaycanla Fransa münasibətlərə yenidən baxılmasını da tələb edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}