Prezidentin köməkçisi: “Ümid edirik ilin sonuna böyük itkilərlə çıxmayacağıq”
Tarix: 03-07-2020 18:49 | Bölmə: Siyasət
Prezidentin köməkçisi: “Ümid edirik ilin sonuna  böyük itkilərlə çıxmayacağıq”

"İlin əvvəlindən dövlət büdcəsinin gəlirləri tam icra olunub, hətta profisitlə icra olunur".

Bunu  Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib:

“İqtisadiyyatımızda işsizliyin artmasının qarşısının alınması üçün həyata keçirilmiş tədbirlərin və Prezident tərəfindən verilmiş paketlərin nəticəsində işsizliyin artımı o qədər də görünmür. Azərbaycanda  190 manat verilən yardım işsiz insanlara sosial yardım kimi verilir. Bizdə bu proqram Gürcüstana nisbətən dəfələrlə  genişdir. Bu proses davam edəcək.İnflyasiya sabit qalır. İnvestisiya proqramlarının həyata keçirilməsində hər hansı gecikmələr yoxdur. Ümid edirik ki, ilin sonuna böyük itkilərlə çıxmayacağıq".

O qeyd edib ki, valyuta bazarında da tam sabitlik bərqərar olunub.

“Neftin  qiymətinin dəyişkənliyi bir qədər səngiyib və Azərbaycan makroiqtisadi vəziyyətinə uyğun səviyyədə tarazlaşıb. Ona görə də ehtiyatlarımızın azalması çox cüzidir. Bütün bunlar yaxşı zəmin yaradır ki, Azərbaycan pandemiya dövrü bitdikdən sonra bu  resurslardan istifadə edərək, qısa müddətdə tənəzzüldən çıxaraq əvvəlki sürətli inkişafına qayıda biləcək”, - o vurğulayıb/Report.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}