16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Sahibə Qafarova ilə Mustafa Şentop arasında telefon danışığı olub
Tarix: 08-07-2020 19:29 | Bölmə: Siyasət
Sahibə Qafarova ilə Mustafa Şentop arasında telefon danışığı olub

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin yenidən sədri seçilən Mustafa Şentop arasında telefon danışığı olub.

Reyting.az
xəbər verir ki, bu barədə Sahibə Qafarova “Facebook” hesabında paylaşım edib:

“Qardaş ölkənin Spikerinə fəaliyyətində davamlı uğurlar arzuladım. Telefon danışığımızda ölkələrimizin qanunverici orqanları arasında əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün yorulmadan çalışmaq niyyəti və əzmimizi bir daha ifadə etdik”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}