4 ölkənin təcavüzkar fəaliyyətinin qarşısı alıb - Pentaqon
Tarix: 09-07-2020 11:14 | Bölmə: Siyasət
4 ölkənin təcavüzkar fəaliyyətinin qarşısı alıb

“2019-cu il boyunca Rusiya, Çin, Şimali Koreya və İranın təcavüzkar fəaliyyətlərinin qarşısını uğurla dəf edilib”.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ Müdafiə naziri Mark Esper deyib.

Esper müdafiə naziri olduğu bir il müddətində göstədiyi fəaliyyəti dəyərləndirib.

M. Esperin Pentaqonun internet səhifəsində yayımlanan video-çıxışında bu barədə bəhs edilib. Nazir bildirib ki, ötən il ərzində Rusiya, Çin, Şimali Koreya və İranın təcavüzkar hücum fəaliyyətlərinin qarşısı alınıb: “Müdafiə naziri olaraq bir il müddətində Şimali Koreya və İran kimi ölkələrin, həmçinin Rusiya və Çin kimi rəqiblər tərəfindən həyata keçirilən aqressiv fəaliyyət hallarına mane olunub. Həyata keçirilən və ya dəstək verilən terrorla mübarizə əməliyyatları nəticəsində müharibə meydanında onlarla kilid terrorçunun zərərləşdirilməsini təmin etdik”.

Pentaqon rəhbəri Bəsrə körfəzi və Cənub Çin dənizindəki mübahisəli sularda dənizçilik və ticarət azadlığının qorunması üçün ötən il uğurlu fəaliyyət həyata keçirdiklərini qeyd edib.
“Müdafiə naziri postunda olduğum son bir ildə Milli Müdafiə Strategiyamızın hədəflərinə doğru irəliləməkdən qürur duyuram. Müdafiə Nazirliyinin bütün qadın və kişi əməkdaşlarına davamlı fəaliyyətinə görə təşəkkür edirəm”,- Pentaqon şefi qeyd edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}