17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Partiya sədri: "Ədalət Vəliyev dedi ki, Prezidentin bununla bağlı xüsusi tapşırıqları var”​​​​​​​
Tarix: 10-07-2020 12:40 | Bölmə: Siyasət
Partiya sədri: "Ədalət Vəliyev dedi ki, Prezidentin bununla bağlı xüsusi tapşırıqları var”​​​​​​​

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı parlamentdə təmsil olunan partiya nümayəndələrinin Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Milli Məclisin sədri Sahibə Qafarovanın iştirakı ilə keçirilən videokonfrans barədə fikirlərini bildirib.

Partiya sədri “Report”a açıqlamasında 9 siyasi partiya təmsilçisinin iştirakı ilə videokonfransın keçirilməsini yüksək qiymətləndirib.

O qeyd edib ki, görüşdə belə dialoqların keçirilməsinin davamlı xarakter daşıması təklif olunub:

“Ədalət Vəliyevin buna reaksiyası isə çox müsbət oldu. O bildirdi ki, həm parlamentdə olan, həm də parlamentdən kənar siyasi partiyalarla dialoq aparılmasında iqtidar maraqlıdır, Prezidentin bununla bağlı xüsusi tapşırıqları var, hər zaman buna hazırdırlar”.

F.Ağamalı qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti bu dialoqun içərisində yer alıb:

“Yalnız AXCP və onun sədri bu prosesdə istisna təşkil edir. Bu, onun mövqeyi ilə bağlıdır. Bu mövqe çox avantürist mövqedir, ölkədə xaosun yaradılmasına xidmət edən davranışdır. Sözsüz ki, onlar nə qədər belə mövqedədirsə, Azərbaycanın ictimai-siyasi mühitində onlara yer yoxdur. Çünki xalqımız onların bu mövqeyini müdafiə etmir”.

Partiya sədri xatırladıb ki, görüşün sonunda bəyanat qəbul edilib:

“Həmin bəyanat isə dərc edilib. Hər bir şəxs həmin bəyanatla tanış ola bilər. Biz belə dialoqun olmasında və davam etdirilməsində, hakimiyyət-müxalifət arasında sivil münasibətlərin formalaşmasında maraqlıyıq”.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}