Gecə Qarabağ aksiya keçirilib – İcra başçısı hadisə yerində - Video
Tarix: 13-07-2020 08:59 | Bölmə: Siyasət
Gecə Qarabağ aksiya keçirilib – İcra başçısı hadisə yerində

Gecə saatlarında Bakının Qaradağ rayonunda (Lökbatan qəsəbəsində) cəbhə bölgəsində vəziyyətin gərginləşməsi ilə bağlı aksiya keçirilib. Aksiyada “Qarabağ!” şüarları səsləndirilib və yürüş keçirilib.

Polis yürüşün qarşısını alıb. Bundan sonra Qaradağın icra başçısı Süleyman Mikayılov aksiyaçıların qarşısına çıxıb, onları dağılışmağa çağırıb.

İcra başçısı aksiya iştirakçılarına müraciətində “Sizi başa düşürəm, çətindir, amma Ali Baş Komandanın əmrini gözləməliyik”, - deyib.

S. Mikayılov polisə aksiyaçıları saxlamamaq göstərişini verərək ərazini tərk edib.

Bundan sonra aksiyaçılar ərazini tərk etməyə başlayıblar.

Polis dağılışmaq tələbinə əməl etməyən bəzi aksiyaçıları saxlayıb.





Bölməyə aid digər xəbərlər