Avropa İttifaqı Azərbaycan və Ermənistana müraciət edib
Tarix: 13-07-2020 17:40 | Bölmə: Siyasət
Avropa İttifaqı Azərbaycan və Ermənistana müraciət edib

Azərbaycan və Ermənistan silahlı qarşıdurmaya son qoymağa, gərginliyə səbəb olan hərəkətlərdən və ritorikalardan çəkinməyə, gələcək eskalasiyanın qarşısının alınması üçün dərhal tədbirlər görməyə çağırılır.

Reyting.az
xəbər verir ki, belə bir bəyanatla Avropa İttifaqının xarici fəaliyyət üzrə rəsmi nümayəndəsi çıxış edib.

Bəyanatda qeyd edilir ki, hər iki tərəf birbaşa ünsiyyət mexanizmindən, ATƏT-in Minsk Qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi başda olmaqla müəyyən edilmiş formatdan istifadə etməlidirlər. “Bu ciddi atəşkəs pozuntusu şərait imkan verən kimi yerlərdə ATƏT-in monitorinqinin yenidən başlanmasının təkidlə zəruriliyini vurğulayır”.

Avropa İttifaqı tərəfləri atəşkəs rejiminə ciddi şəkildə əməl etməyə, enerji və resursları koronavirus pandemiyası ilə mübarizəyə yönəltməyə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında predmetli danışıqları bərpa etməyə və əhalini sülhə hazırlamağa çağırır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}