17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Mahmud Vaezi: “Azərbaycanın ərazi bütövlüyü strategiyamızdır”
Tarix: 15-07-2020 00:27 | Bölmə: Siyasət
Mahmud Vaezi: “Azərbaycanın ərazi bütövlüyü strategiyamızdır”

"Ölkələrin, o cümlədən də Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması İranın bölgə strategiyası olub və olacaqdır".

Reyting.az
“Xəbəronlayna”-a istinadla xəbər verir ki, bunu İran Prezident Aparatının rəhbəri Mahmud Vaezi öz “Instagram” səhifəsində yazıb.

İran Prezident Aparatının rəhbəri dünən gecə Azərbaycan Respublikası Baş nazirinin müavini ilə söhbətinə dair qeydində bildirib:

"Dünən Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə telefon danışığında bir neçə əsgərin öldürülməsinə görə təəssüf və həmdərdliyimi bildirdim. Azərbaycan Respublikası ilə Ermənistanın sərhədindəki münaqişə ilə bağlı vurğulamışam: ölkələrin, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması İran İslam Respublikasının bölgə strategiyası olub və olacaqdır”.
Daha sonra İran Prezident Aparatının rəhbəri yazıb: "İran həmişə problemlərin və mübahisələrin siyasi həllər və danışıqlar yolu ilə nizamlanmasını vurğulayır. Ümid edirik ki, problem eyni şəkildə həll ediləcək".




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}