16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bakıda Milli Orduya dəstək aksiyası keçirilib - Fotolar
Tarix: 15-07-2020 01:56 | Bölmə: Siyasət
Bakıda Milli Orduya dəstək aksiyası keçirilib

İşğalçı Ermənistanın Tovuz rayonu istiqamətindən Azərbaycana təcavüzü xalqımızın Milli Ordumuza böyük dəstək aksiyasına səbəb olub. Artıq dünən axşam saatlarından etibarən Azərbaycanın müxtəlif rayonlarda, eləcə də Bakı şəhərində dəstək aksiyası başlayıb.

Reyting.az
xəbər verir ki, Bakı şəhərindəki aksiyada "Neftçilər" prospekti boyunca yüzlərlə insan hərbçilərimizə dəstək və “Qarabağa azadlıq!” şüarları ilə Azadlıq meydanından Şəhidlər Xiyabanı istiqamətinə hərəkət ediblər.

İnsanlar "Şəhidlər ölməz, Vətən bölünməz", "Vur, qır səngəri, Azərbaycan əsgəri" kimi şüarlar səsləndiriblər.

Ölkəmizdə pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin hökm sürməsinə baxmayaraq, polislər xalqın haqlı tələbini anlayışla qarşılayıblar.

Aksiya iştirakçıları hər an Ali Baş Komandanın müharibə ilə bağlı əmrini gözlədiklərini bildiriblər.

Bakıda Milli Orduya dəstək aksiyası keçirilibBakıda Milli Orduya dəstək aksiyası keçirilibBakıda Milli Orduya dəstək aksiyası keçirilibBakıda Milli Orduya dəstək aksiyası keçirilib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}