"Təxribatçı qüvvələrlə bağlı hüquq-mühafizə orqanları tədbirlər görəcək” - MM-dən daha bir açıqlama
Tarix: 15-07-2020 12:54 | Bölmə: Siyasət
"Təxribatçı qüvvələrlə bağlı hüquq-mühafizə orqanları tədbirlər görəcək” - MM-dən daha bir açıqlama

“Dünən yürüş iştirakçılarının bir hissəsi qanunsuz olaraq Milli Məclisin binasına daxil olub və dağıntılar törədiblər”.

Bunu Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Əliyev bildirib.

C. Əliyev deyib ki, polis dağıntı törədən həmin şəxsləri binadan çıxarıb: “Hazırda Baş Prokurorluq hadisə ilə bağlı araşdırma aparır. Milli Məclisin binasına və inventarına nə qədər zərər vurulduğu araşdırılacaq”.

C. Əliyev qeyd edib ki, hazırkı dövr həssas yanaşma tələb edir: “KİV-dən də Milli Məclisə həssas yanaşmağı istəyirik. Təxribatçı qüvvələrlə bağlı hüquq-mühafizə orqanları tədbirlər görəcək”.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}