18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Siyavuş Novruzov YAP-dakı vəzifəsindən istefa verib
Tarix: 24-08-2020 11:41 | Bölmə: Siyasət
Siyavuş Novruzov YAP-dakı vəzifəsindən istefa verib

Deputat Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini vəzifəsindən istefa verib.

Reyting.az
-ın xəbərinə görə, YAP İcra katibinin müavini Siyavuş Novruzov partiyanın Sədri İlham Əliyevə müraciət ünvanlayaraq onu partiyada tutduğu vəzifədən azad etməsini xahiş edib.

Qeyd edək ki, S. Novruzov avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyevin qızının toy mərasimində iştirak edib.

Nəticədə S. Novruzov xüsusi karantin qaydalarını pozduğuna görə 400 manat məbləğində cərimə olunub. Həmçinin S. Novruzova YAP tərəfindən töhmət elan edilib.

Hazırda S. Novruzov Milli Məclisin deputatı, parlamentin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədridir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}