Abid Şərifov: “Hüquq-mühafizə orqanları Ramiz Mehdiyevlə bağlı öz sözlərini deməlidirlər"
Tarix: 25-08-2020 11:29 | Bölmə: Siyasət
Abid Şərifov: “Hüquq-mühafizə orqanları Ramiz Mehdiyevlə bağlı öz sözlərini deməlidirlər"

Azərbaycan Baş Nazirinin sabiq müavini Abid Şərifov AMEA prezidenti Ramiz Mehdiyevin karantin qaydalarını kobud şəkildə pozaraq nəvəsinə toy mərasimi təşkil etməsindən danışıb.

Reyting.az
-ın məlumatına görə, Abid Şərifov Demokrat.az-a açıqlamasında bildirib ki, qanun hər kəs üçün eynidir, kiməsə əlavə üstünlük verilməyib:

"Mən hazırda xəstəxanadayam, baş verən hadisələrdən məlumatsızam. Ancaq dövləti qorumaq lazımdır. Bu dövlətin qanunları hər kəs üçün bərabərdir. Allah dövlətimizi qorusun, ölkəmizdə hər zaman sabitlik olsun".

A. Şərifov qeyd edib ki, R. Mehdiyev dövlətə meydan oxuyursa, o zaman müvafiq qurumlar hərəkətə keçməlidirlər:

"Əgər Ramiz Mehdiyev dövlətə meydan oxuyursa, qoy, müvafiq qurumlar lazımı addımlar atsın. Bunun üçün Azərbaycan hökumətinin müvafiq qurumları və şəxsləri, o cümlədən Prezident Administrasiyası, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi var. Hesab edirəm ki, hüquq-mühafizə orqanları Ramiz Mehdiyevlə bağlı qanun çərçivəsində öz sözlərini deməlidirlər".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}