Sərdar Cəlaloğlu: “Ramiz Mehdiyevin agent olduğunu hamı bilir”
Tarix: 25-08-2020 23:51 | Bölmə: Siyasət
Sərdar Cəlaloğlu: “Ramiz Mehdiyevin agent olduğunu hamı bilir”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev nəvəsinin toyu ilə bağlı yeni açıqlama yayıb.

R. Mehdiyev bu dəfə onun barəsində tənqidi fikirlər səsləndirən deputatlara, qəzet redaktorları, partiya sədrlərinə səslənib və onları məhkəməyə verəcəyi ilə hədələyib.

Reyting.az xəbər verir ki, R. Mehdiyevin adını çəkdiyi şəxslərdən biri də Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğludur. S. Cəlaloğlu məsələyə münasibət bildirərkən Cebhe.info-ya bildirib ki, R. Mehdiyevin nəvəsinin toyu ilə bağlı heç nə deməyib: “Amma onun Rusiya agenti olmasını Xalidə Əhmədova iki ay bundan qabaq “Bumeranq”da demişdi. Onun Rusiyanın agenti olduğunu Azərbaycanda hamı bilir. Nə şər atırıq ki, ona? Azərbaycan dövlətinin başına oyunlar açıb. Versin də məhkəməyə, lap yaxşı, maraqlı olar”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}