Qarabağa köç başlayıb
Tarix: 26-08-2020 00:26 | Bölmə: Siyasət
Qarabağa köç başlayıb

Beyrut limanındakı partlayışı bəhanə edən ermənilər Livandakı çoxsaylı erməni icmasının üzvlərini təhlükəsizlik və sosial problemlər bəhanəsi ilə işğal etdikləri Qarabağa köçürməyə başlayıblar.

Ermənistan KİV-ləri xəbər verir ki, iyul-avqust aylarında azı 500 Livan erməsi təyyarə reysləri ilə Beyrutdan Yerevana gətirilib.

Artıq Livandan gələn 2 erməni ailəsi Azərbaycanın işğal altındakı Qarabağ torplaqlarına yerləşdirilib. Bu məlumatı qondarma rejimin “prezident köməkçisi” Rudik Usnunts açıqlayıb.

“Livandan gələn iki ailə Qarabağa yerləşdirilib. Onlara müvafiq şərait yaradılıb”, - deyə açıqlamada bildirilir.

Xatırladaq ki, müxtəlif mənbələr görə, Livanda 150-200 min arasında erməni yaşayır. Onlar Livan əhalisinin 4 faizini təşkil edir. Ermənilər Livan parlamenti və hökumətində kvota əsasında deputat və nazir postuna sahibdirlər.(Modern.az)

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}