Azərbaycanın Xarici işlər naziri Rusiyaya gedib - Yenilənib
Tarix: 26-08-2020 10:40 | Bölmə: Siyasət
Azərbaycanın Xarici işlər naziri Rusiyaya gedib

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb.

Reyting.az
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər.

Səfər çərçivəsində C. Bayramovun Rusiyanın yüksək səviyyəli rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

***

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri başlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, C. Bayramov ilk olaraq Kremldə Naməlum Əsgərin məzarı önünə əklil qoyub.

Nazir daha sonra rusiyalı həmkarı ilə görüşmək üçün Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evinə yollanıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}