XİN başçısı: “Yaxın Şərqdən gətirilən ermənilər işğaldakı ərazilərimizdə məskunlaşdırılır”
Tarix: 26-08-2020 16:31 | Bölmə: Siyasət
XİN başçısı: “Yaxın Şərqdən gətirilən ermənilər işğaldakı ərazilərimizdə məskunlaşdırılır”

“Təəssüflə qeyd etməliyəm ki, münaqişənin nizamlanmasında irəliləyiş nəzərə çarpmır. Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlamağa davam edir”.

Bunu Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirilən görüşün yekunlarına dair mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, yerli azərbaycanlılar o ərazilərdən didərgin salınıb, onların evlərində isə xaricdən, o cümlədən Yaxın Şərqdən gətirilmiş etnik ermənilər məskunlaşdırılır: “Bu isə öz növbəsində beynəlxalq humanitar hüququn, ilk növbədə isə Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır”.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}