Milli Məclisin İntizam komissiyasının iclaslarının keçirilmə qaydası müəyyənləşib
Tarix: 16-09-2020 13:35 | Bölmə: Siyasət
Milli Məclisin İntizam komissiyasının iclaslarının keçirilmə qaydası müəyyənləşib

Milli Məclisin İntizam komissiyasının iclaslarının keçirilməsi qaydası müəyyənləşib.

Bu barədə İntizam komissiyasının Əsasnamə layihəsi qeyd edilib.

Qeyd edilib ki, İntizam komissiyasının iclasları ayda iki dəfədən az olmayaraq keçirilməlidir.

İntizam komissiyasının iclasının gününü və gündəliyini komissiyanın sədri təyin edir.

İntizam komissiyasının üzvü olan deputatın komissiyanın iclasında iştirakı məcburidir.

Komissiyanın iclasları Milli Məclisin inzibati binasında keçirilir.

Bundan əlavə, barəsində araşdırma aparılan deputatın vəzifələri məlum olub.

Bu barədə Milli Məclisin İntizam komissiyasının Əsasnamə layihəsi qeyd edilib.

Qeyd edilib ki, barəsində araşdırma aparılan deputatın vəzifələri aşağıdakılardır:

- İntizam komissiyasının çağırışı ilə gəlmək;

- İntizam komissiyasının üzvlərinin suallarını cavablandırmaq;

- Müvafiq sahədə “Milli Məclisin deputatının statusu haqqında”, “Milli Məclis deputatının etik davranış qaydaları haqqında”, Daxili Nizamnamədə və bu əsasnamədə göstərilən digər vəzifələri yerinə yetirmək;

- Barəsində araşdırma aparılan deputatın İntizam komissiyasının və komissiyada baxılan məsələlərlə əlaqədar keçirilən Milli Məclisin iclasında iştirakı mümkün olmadıqda məsələyə onun iştirakı olmadan baxılır;

- Etik davranış qaydalarını ilk dəfə pozan deputat yol verdiyi pozuntunu etiraf etdikdə, səmimi peşmanlıq və bu barədə yazılı üzrxahlıq təqdim etdikdə məsuliyyətə cəlb olunmaya bilər/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}