16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Rusiyalı ekspert: “Ermənistan Qarabağla bağlı danışıqları ləngidir”
Tarix: 16-09-2020 17:19 | Bölmə: Siyasət
Rusiyalı ekspert: “Ermənistan Qarabağla bağlı danışıqları ləngidir”

Ermənistan etnik erməniləri Livandan Dağlıq Qarabağa köçürməklə beynəlxalq hüquq normalarını pozur”.

Bunu “Report”un Rusiya bürosuna müsahibəsində rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

Ekspert həmçinin Livan ermənilərinin könüllü olaraq Qarabağda yaşamaq istədiklərinə şübhə etdiyini bildirib: “İş ondadır ki, Livanda yaşayan ermənilər kifayət qədər varlı insanlardır. Buna görə də onların kütləvi şəkildə Livandan nə statusu, nə də iqtisadi fəaliyyət üçün hansısa imkanları olan Dağlıq Qarabağa köçmək istəyəcəklərinə dair böyük şübhələrim var. Çətin ki, onlar Livanı Dağlıq Qarabağa dəyişsinlər. Hərçənd Yerevan sırf görüntü xətrinə buna can atacaq”.

Ekspertin fikrincə, Ermənistanın beynəlxalq hüquq normalarına zidd olan belə siyasəti Dağlıq Qarabağ nizamlanması üzrə danışıqlar prosesinə mənfi təsir göstərir.

“Danışıqlar prosesi onsuz da getmir, bu, sadəcə “danışıqlar prosesi” adlanır. Bakının həqiqi danışıqlar aparmaq üçün mövqeyi varsa, Ermənistan tərəfindən mövcud status-kvonu mümkün qədər uzun müddət saxlamaq istəyi var. Ona görə də danışıqlar prosesi real olaraq yoxdur. İstənilən halda, hansısa əlavə problem danışıqları yavaşladan daşa çevriləcək”, - İ.Korotçenko deyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}