16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
XİN: "Azərbaycan Ukraynanın ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir"
Tarix: 17-09-2020 09:53 | Bölmə: Siyasət
XİN: "Azərbaycan Ukraynanın ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir"

“Azərbaycan beynəlxalq tanınmış sərhədləri çərçivəsində Ukraynanın suverenliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) açıqlayıb.

“Biz Ukraynanın yeni təhlükəsizlik konsepsiyasında Azərbaycanın bu ölkənin strateji tərəfdaşlarından biri kimi müəyyən edilməsini yüksək qiymətləndiririk. Biz Ukrayna ilə strateji tərəfdaşlıq və dostluğumuzun daha da dərinləşdirilməsində qətiyyətliyik”, - qeyd olunub.

Qeyd edək ki, ötən gün Ukraynada ölkənin milli təhlükəsizlik üzrə yeni strategiyası təsdiq olunub. Strategiyada Azərbaycan Ukraynanın strateji tərəfdaşı kimi qeyd edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}