Deputat MM-də: “Biz Tofiq Yaqublunun həbsdə qalmasını arzu etmirik"
Tarix: 17-09-2020 10:54 | Bölmə: Siyasət
Deputat MM-də: “Biz Tofiq Yaqublunun həbsdə qalmasını arzu etmirik"

“Biz Tofiq Yaqublunun həbsdə qalmasını arzu etmirik. Xüsusilə də Qarabağ qazisinin həbsdə qalması arzuolunan deyil”.

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Bəhruz Məmmədov deyib.

O bildirib ki, deputat həmkarı Razi Nurullayevin Tofiq Yaqublu ilə bağlı fikrini bölüşür: “Ancaq biz cəmiyyət olaraq məhkəmənin, hakimin müstəqilliyinə xələl gətirəcək addımlardan yayınmalıyıq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}