Deputat Azərbaycanda Türkiyənin hərbi bazasının olmasını istəyir
Tarix: 17-09-2020 11:28 | Bölmə: Siyasət
Deputat Azərbaycanda Türkiyənin hərbi bazasının olmasını istəyir

“Türkiyə səfəri zamanı görüşlər keçirildi, müzakirələr aparıldı. Ancaq Azərbaycanda Türkiyənin hərbi bazalarının yaradılmasına dair danışıqlar aparılmayıb. Yalnız Azərbaycan və Türkiyə ordusunun birgə keçirdiyi hərbi təlimlərin əhəmiyyəti vurğulandı”.

Bu fikirləri bir müddət əvvəl Milli Məclisin Sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Ankaraya səfər edən deputat Fazil Mustafa Azərbaycanda Türkiyənin hərbi bazalarının yaradılması ilə bağlı müzakirələrin aparılması barədə suala cavabında Reyting.az-a deyib.

Fazil Mustafa bildirib ki, bu mövzu ətrafında müxtəlif arzu və fikirlər səslənir: “Ancaq reallıq nəyi tələb edirsə, Türkiyə də o istiqamətdə addım atacaq. Əslində bu mövzunu bir sıra insanlar qabardır. Amma real şərtlərə, vəziyyətə və beynəlxalq konyukturaya görə addımlar atılacaq. Bu məsələni nə qabartmaq, nə də təsnif göstərmək lazımdır. Türkiyə Azərbaycana lazım olan dəstəyi verəcək. Amma bu dəstəyin hansı formada olacağını özü daha yaxşı bilir. Çünki beynəlxalq konyukturanı daha yaxşı bilir. Azərbaycan da Türkiyə ilə yaxın qardaşlıq münasibətlərindədir. Bu gedişatda vəziyyətə uyğun olaraq qərar verilə bilər”.

Özünün subyektiv fikrinə gəlincə, deputat deyib ki, bu məsələ bir qədər diqqətlə dəqiqləşdirilib addım atılmalıdır: “Sözsüz ki, könlümüz Azərbaycanda Türkiyənin hərbi bazasının olmasını istərdi. Amma heç bir ölkənin hərbi bazası bizim ölkədə yoxdur və biz bunu xarici siyasətdə prioritet məsələ kimi qabardırıq. Amma təhlükə riski olarsa, bu addımı da atmaq olar”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}