07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
QAT-ın rəhbər şəxslərindən birini polis saxlayıb, digərinin həbsinə göstəriş verilib - Müraciət
Tarix: 17-09-2020 16:16 | Bölmə: Siyasət
QAT-ın rəhbər şəxslərindən birini polis saxlayıb, digərinin həbsinə göstəriş verilib

Qarabağ Azadlıq Təşkilatının (QAT) Tərtər rayon şöbəsinin sədr müavini Ziya Mahmudovun saxlanılması və şöbənin sədri Babək Sadıqovun saxlanılmasına cəhdlə bağlı Daxili işlər naziri Vilayət Eyvazova müraciət olunub.

Reyting.az
-ın məlumatına görə, QAT sədri Akif Nağı Daxili işlər nazirinə müraciətində yazıb ki, QAT-ın Tərtər rayon şöbəsinin sədr müavini Ziya Mahmudov bu gün heç bir səbəb göstərilmədən yerli polis şöbəsi tərəfindən saxlanılıb: “Ziya Mahmudov dünən və bu gün vətəndaş borcunu yerinə yetirərək, “Dörd Yol” deyilən ərazidə Azərbaycan və Türkiyə bayraqlarının endirilməsi cəhdlərinə etiraz edib, bunun Azərbaycan dövlətinin maraqlarına, Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirdiyini bildirib. Həmçinin rayonda səfərdə olan Prezident Administrasiyasının rəsmisi Zeynal Nağdəliyevlə görüşüb, rayonun problemlərini onun diqqətinə çatdırmağa cəhd edib. Onunla birlikdə Qarabağ Azadlıq Təşkilatının Tərtər şöbəsinin sədri Babək Sadıqov və digər QAT üzvləri də olublar”.

A. Nağı V. Eyvazova müraciətində qeyd edib ki, polis əməkdaşlarına Babək Sadıqovu da saxlamaq üçün göstəriş verilib:

“Babək Sadıqov Azərbaycan dövlətinə xidmət edən, vətənpərvər bir insandı. Ziya Mahmudov Qarabağ müharibəsində şəhid olmuş, “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun oğludur, həmişə Azərbaycan naminə çalışmış insandır. Onların fəal vətəndaş mövqeyi Tərtər rayon rəhbərliyini həmişə narahat edirdi, görünür indi onları bu cür cəzalandırmaqla intiqam almaq, onları bu yolla “zərərsizləşdirmək” istəyirlər”.

QAT sədri müraciətinin sonunda Daxili işlər nazirindən xahiş edib ki, məsələni nəzarətə götürüb, vətənpərvər, dövlətçiliyə sadiq, ictimai fəal vətəndaşlara qarşı haqsızlıq edilməsinə imkan verməsin.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}