Ermənistanın intensivləşmiş aqressiv siyasəti barədə diplomatlara məlumat verilib
Tarix: 18-09-2020 14:47 | Bölmə: Siyasət
Ermənistanın intensivləşmiş aqressiv siyasəti barədə diplomatlara məlumat verilib

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması müxtəlif ölkələrin diplomatik nümayəndəlikləri ilə görüşlərini davam etdirir.

İcamadan Reyting.az-a bildiriblər ki, Ermənistanın Azərbaycana qarşı daha da intensivləşmiş aqressiv siyasəti ilə regionda gərginləşən vəziyyətlə əlaqədar Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması müxtəlif ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərini məlumatlandırır.

2020-ci il sentyabrın 16-17-də icma nümayəndələri Xorvatiya səfiri Branko Zebiç, Çexiya səfiri Milan Ekert, Macarıstan səfiri Viktor Szederkenyi və Latviya səfiri Dainis Qarançs ilə görüşüblər.

Görüşlər zamanı icma Ermənistanın təcavüz siyasəti, işğal etdiyi ərazilərimizdə qanunsuz fəaliyyəti, təbii resurslarımızın istismarı, müharibə cinayəti hesab edilən məskunlaşma siyasəti, su resurslarından təmas xəttinə yaxın ərazilərdə yaşayan əhalimizə qarşı ekoloji terror vasitəsi kimi istifadə etməsi kimi məsələləri xüsusi olaraq vurğulayıb.

İcma təcavüzkar Ermənistanın torpaqlarımızın işğalına son qoyması, qaçqın və məcburi köçkün əhalimizin öz doğma yurd-yuvasına qayıtması üçün beynəlxalq təşkilatların Ermənistana təzyiq göstərməsinin vacibliyini bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}