14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Adil Əliyev MDB PA-nın müşahidə qrupuna rəhbərlik edəcək
Tarix: 21-09-2020 13:21 | Bölmə: Siyasət
Adil Əliyev MDB PA-nın müşahidə qrupuna rəhbərlik edəcək

Milli Məclisin təklifi və MDB Parlamentlərarası Assambleya (PA) Şurasının sədri, Rusiya Federasiya Şurasının Sədri Valentina Matkiyenkonun imzaladığı müvafiq əmrlə Milli Məclis Sədrinin müavini Adil Əliyev Moldovada prezident seçkilərində MDB PA-nın müşahidə qrupunun rəhbəri təyin edilib.

MDB Parlamentlərarası Assambleyası Şurasının Katibliyinin mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, hazırda MDB PA-ya üzv ölkələrin nümayəndələrindən ibarət müşahidə qrupunun formalaşdırılması prosesi davam edir.

Xatırladaq ki, Moldovada prezident seçkiləri noyabrın 1-də keçiriləcək. Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, prezident seçkilərində iştirak üçün 13 namizəd qeydə alınıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}