16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycan XİN başçısının Gürcüstana səfər proqramı açıqlanıb
Tarix: 23-09-2020 20:16 | Bölmə: Siyasət
Azərbaycan XİN başçısının Gürcüstana səfər proqramı açıqlanıb

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov sabah Gürcüstana rəsmi səfər edəcək.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

XİN başçısı səfər çərçivəsində Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir Giorgi Qaxaria, xarici işlər naziri David Zalkaliani, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava, parlament sədrinin müavini Kaxaber Kuçava və deputatlarla görüşəcək.

C.Bayramov Tbilisidə Heydər Əliyev adına Parkda Azərbaycanın ümummilli liderinin büstünü və Qəhrəmanlar meydanında ucaldılmış abidəni də ziyarət edəcək/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}