11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Zalkaliani: “Azərbaycan-Gürcüstan tərəfdaşlıq əlaqələri ildən ilə genişlənir”
Tarix: 24-09-2020 12:46 | Bölmə: Siyasət
Zalkaliani: “Azərbaycan-Gürcüstan tərəfdaşlıq əlaqələri ildən ilə genişlənir”

“Gürcüstan və Azərbaycan arasındakı tərəfdaşlıq əlaqələri unikal xarakter daşıyır və əminəm ki, bu əlaqələr daha yüksək səviyyəyə qalxacaq”.

Bunu Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.

“Ölkələr arasında tərəfdaşlıq əlaqələri ildən ilə genişlənir. Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Bu, beynəlxalq formatda da dəstəklənilir. Həmçinin son BMT Baş Assambleyasının (BA) iclasında Azərbaycanın Gürcüstanı dəstəkləməsi bizim üçün çox mühümdür və bunu yüksək qiymətləndiririk”, - deyə Gürcüstan XİN başçısı vurğulayıb.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}