Zurabişvili Prezident İlham Əliyevlə Mehriban Əliyevanı Gürcüstana dəvət edib
Tarix: 24-09-2020 19:57 | Bölmə: Siyasət
Zurabişvili Prezident İlham Əliyevlə Mehriban Əliyevanı Gürcüstana dəvət edib

“Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin vaxtında başa çatdırılması qarşılılqı strateji maraq kəsb edir”.

Bunu Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycanın Xarici Işlər naziri Ceyhun Bayramovla görüşdə bildirib.

Dövlət başçısı əminlik ifadə edib ki, bu prosesə heç nə və heç kim mane ola bilməz.

Görüşdə C.Bayramov Azərbaycanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü qəti olaraq dəstəklədiyini bildirib. S.Zurabişvili də öz növbəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib.

Prezidentin sözlərinə görə, Gürcüstan bölgədə sülh və sabitliyi təşfiq edən platforma olmağa hazırdır.

Tərəflər həmçinin iki ölkə arasında siyasi, iqtisadi-ticari, mədəni əlaqələrin dərinləşdirilməsi məsələlərini də müzakirə ediblər, Gürcüstan və Azərbaycanın dost ölkələr və strateji tərəfdaşlar olduğunu vurğulayıblar.

S.Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı Gürcüstana səfərə dəvət edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}