Həbsdəki daha bir sabiq məmur ev dustaqlığına buraxılıb
Tarix: 26-09-2020 12:38 | Bölmə: Siyasət
Həbsdəki daha bir sabiq məmur ev dustaqlığına buraxılıb

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin əməkdaşı İlqar Əliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb.

Reyting.az-ın xəbərinə görə, Səbail rayon Məhkəməsinin qərarı ilə İ.Əliyevin vəsatəti təmin edilib və o, ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, bu gün XİN-in Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev  də ev dustaqlığına buraxılıb.




Bölməyə aid digər xəbərlər