17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Deputat cəbhə bölgəsindəki vəziyyətlə bağlı məlumat verib
Tarix: 28-09-2020 11:43 | Bölmə: Siyasət
Deputat cəbhə bölgəsindəki vəziyyətlə bağlı məlumat verib

Sentyabrın 27-dən 28-nə keçən gecə Füzuli rayonu istiqamətində intensiv döyüşlər davam edib. Azərbaycan ordusu döyüş şəraitinə tam nəzarət edir. Reyting.az-ın məlumatına görə, bunu döyüş bölgəsində - Füzuli rayonunda olan deputat Vüqar Bayramov deyib.

Vüqar Bayramov qeyd deyib ki, erməni silahlı qüvvələri tərəfindən mülki vətəndaşların atəşə tutulması faktları var. Deputat həmçinin vurğulayıb ki, dünən səhərdən etibarən minlərlə Füzili sakini toplaşaraq Ali Baş Komandana və orduya öz dəstəklərini nümayiş etdiriblər: “Füzuli sakinləri Ali Baş Komandanımızın ətrafında sıx birləşib və böyük qələbənin tezliklə əldə ediləcəyinə tam inanırlar. Ordu və əhali arasında əhval-ruhiyyə kifayət qədər yüksəkdir. Mülki vətəndaşlarımızın təhlükəsizliyi təmin edilib və bu istiqamətdə işlər davam etdirilir.”




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}