Ceyhun Bayramov litvalı həmkarını Qarabağdakı vəziyyətlə bağlı məlumatlandırıb
Tarix: 29-09-2020 22:05 | Bölmə: Siyasət
Ceyhun Bayramov litvalı həmkarını Qarabağdakı vəziyyətlə bağlı məlumatlandırıb

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Litva Respublikasının Xarici İşlər naziri Linas Linkeviçyus ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Reyting.az-a verilən məlumata görə, nazir Linas Linkəviçyus bölgədə gərginlik ilə bağlı narahatlığını ifadə edərək atəşkəsə riayət olunmasının vacibliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistan tərəfinin yeni hərbi təcavüzünə cavab olaraq, öz beynəlxalq tanınmış sərhədləri çərçivəsində əks həmlələri həyata keçirdiyini bildirib.

Nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərini və obyektlərini hədəfə aldığını litvalı həmkarının diqqətinə çatdıraraq, bunun növbəti dəfə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması halı olduğunu vurğulayıb. Bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanın işğalçı siyasətinə son qoyulmasının zəruri olduğu vurğulanıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}