16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Rusiyalı ekspert: “Azərbaycan ərazi bütövlüyünü tam bərpa edəcək”
Tarix: 01-10-2020 13:25 | Bölmə: Siyasət
Rusiyalı ekspert: “Azərbaycan ərazi bütövlüyünü tam bərpa edəcək”

Azərbaycan Ordusu qışa qədər ərazi bütövlüyünü tam bərpa edəcək.

Reyting.az
xəbər verir ki, bu barədə rusiyalı politoloq Oleq Kuznetsov bildirib.

“Şübhə etmirəm ki, Azərbaycan qışa qədər ərazilərindəki bütün erməni silahlı birləşmələrini və işğalçı hakimiyyəti məhv edərək ərazi bütövlüyünü tam bərpa edəcək”, - o, “Facebook” səhifəsində yazıb.

Xatırladaq ki, sentyabrın 27-si saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}