Ədalət Vəliyev Arif Hacılı ilə görüşüb: "Bəzi zəruri məsələlərdən danışdıq”
Tarix: 02-10-2020 18:42 | Bölmə: Siyasət
Ədalət Vəliyev Arif Hacılı ilə görüşüb: "Bəzi zəruri məsələlərdən danışdıq”

Müsavat Partiyasının başqanı Arif Hacılı Prezident Adminstrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

Reyting.az
xəbər verir ki, bu barədə Arif Hacılı “Facebook” səhifəsində məlumat yayıb.

Bildirib ki, görüşdə əvvəlcədən razılaşdırıldığı kimi, Qarabağ məsələsi ilə bağlı müzakirələr olub: “Ərazi bütövlüyümüzün təmin olunması üçün son dövrlərdə həyata keçirilən zəruri tədbirlərlə bağlı xüsusi fikir ayrılıqlarımızın olmamasını, dövlətimizin və xalqımızın taleyində mühüm olan Qarabağ məsələsində vahid siyasi iradənin nümayiş etdirilməsinin vacibliyi haqqında mövqeyimizi bir daha dəqiqləşdirdik. Bu istiqamətdə görüləcək bəzi zəruri məsələlərdən danışdıq”.




Bölməyə aid digər xəbərlər