Böyük Quruluş Partiyası: "Fransanın vasitəçilk missiyasından dərhal imtina edilməlidir”
Tarix: 03-10-2020 11:31 | Bölmə: Siyasət
Böyük Quruluş Partiyası: "Fransanın vasitəçilk missiyasından dərhal imtina edilməlidir”

Böyük Quruluş Partiyası Fransa prezidenti E. Makronun Ermənistanı dəstəkləməsi ilə bağlı açıqlamasına kəskin etiraz edib.

Bu barədə partiyadan Reyting.az-a daxil olan bəyanatda deyilir:

“Fransa prezidentinin  Azərbaycanın  suveren sərhədləri daxilndə beynəlxalq hüquqdan irəli gələn  legitim haqlarını bərpa etməyə yönəlik əməliyyatlarına mane olacağı və Ermənistanı müdafiə edəcəyi ilə bağlı açıqlaması işğalçıya dəstək vermək, separatizmi himayə etmək deməkdir. Fransa prezidenti Makronun Beynəlxaql hüquqa, ATƏT-in Helsinki Müşavirəsinin Yekun Aktının prinsiplərinə, BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə zidd olaraq, beynəlxaql hüququn, işğala məruz qalan ölkənin tərəfini deyil, təzavüzkar ölkənin tərəfində dayandığını açıq etiraf etməsi ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyası mandatına tamamilə ziddir. Azərbaycan Dağlıq Qrabağda əks- hücum əməliyyatları başa çatdıqdan sonra danışıqlar başlandığı andan Fransanın vasitəçilik missiyasından qəti şəkildə imtina etməlidir”.




Bölməyə aid digər xəbərlər