11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
General: "Bu gecə düşmənin 3 "Elbrus" raket kompleksi məhv edilib"
Tarix: 14-10-2020 16:55 | Bölmə: Siyasət
General: "Bu gecə düşmənin 3 "Elbrus" raket kompleksi məhv edilib"

“Oktyabrın 12-də Mingəçevir və Gəncə şəhərinə Ermənistan ərazisindən raket zərbəsi endirilib. Əgər dünən həmin raket kompleksləri məhv edilməsəydi, bu raketlər Bakıya da çata, hətta Dağlıq Qarabağa keçsə, məsafəsi Bakını da ötə bilərdi”.

Reyting.az
xəbər verir ki, bunu bu gün xarici ölkələrin səfirləri, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərin və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilər brifinqdə Hərbi Hava Qüvvələri komandanının müavini, HHQ-nin Qərargah rəisi, general-mayor İkram Əliyev bildirib.

Onun sözlərinə görə, ballistik raketlərə qarşı xüsusi əməliyyat nəticəsində oktyabrın 12-də Qubadlı rayonu ərazisində 1 ədəd "Toçka-U" raketi məhv edilib: “Oktyabrın 14-də gecə saat 1 radələrində 2 ədəd, səhər 8.30 radələrində 1 ədəd olmaqla “Elbrus” raket kompleksi Azərbaycan Ordusu tərəfindən aşkarlanaraq məhv edilib. 300 km atış məsafəsinə sahib "Elbrus" raketi Dağlıq Qarabağa gətrilərdisə, Bakıya da çatardı. Kəşfiyyat məlumatlarına görə, Dağlıq Qarabağda yerləşən ümumqoşun hissələrində belə raket yoxdur. Bu, Ermənistanın 71-ci raket alayının tərkibindədir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}