Erməni deputatın AŞPA-dakı çıxışı etiraza səbəb olub
Tarix: 27-01-2021 23:56 | Bölmə: Siyasət
Erməni deputatın AŞPA-dakı çıxışı etiraza səbəb olub
Kamal Cəfərov

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Kamal Cəfərov AŞPA-nın qış sessiyası zamanı Ermənistan nümayəndə heyətinin üzvünə etirazını bildirib.

Reyting.az
-ın məlumatına görə, K. Cəfərov tarixi Azərbaycan şəhəri olan Şuşanın adı ilə bağlı iradını bildirib.

"Mən Edmon Marukyana öz etirazımı bildirirəm. Əvvəla, Şuşi yox, Şuşa. AŞPA prezidenti Rik Daemsin bu assambleyanın şəxsi maraqlar üçün bir alət kimi istifadə edilməməsi fikri ilə həmfikirəm. Mən erməni həmkarlarımdan hər mövzunu siyasiləşdirmələrindən çəkinməyə çağırıram".

Kamal Cəfərov deyib ki, erməni həmkarlar bunun yerinə etimadın qurulmasına dair tədbirlər görmək barədə fikirləşməlidir.

"Əgər bir ölkənin rəsmi olaraq seçilmiş nümayəndəsi inamın qurulması üçün tədbirlər haqqında fikirləşmirsə, biz regionda adi vətəndaşların sülhpərvər davranışlarını necə gözləyə bilərik? Artıq konflikt başa çatıb və artıq önümüzə baxaraq etimadın yaradılması ilə bağlı tədbirlər yaratmağın vaxtıdır", - deyə o, çıxışında bildirib.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}