Avropa Məhkəməsi 2020-ci ildə Azərbaycanla bağlı 74 qərar verib
Tarix: 28-01-2021 17:34 | Bölmə: Siyasət
Avropa Məhkəməsi 2020-ci ildə Azərbaycanla bağlı 74 qərar verib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2020-ci ildə Azərbaycanla bağlı 74 qərar qəbul edib.

Reyting.az
xəbər verir ki, təşkilatın hesabatına əsasən, ötən il məhkəmə Azərbaycanla bağlı baxılması üçün 525 ərizə qəbul edib ki, bunlardan 360-ı rədd edilib, 74 ərizəyə dair də müvafiq qərarlar verilib.

Həmçinin 2020-ci ildə AİHM-də 159 işlə bağlı Azərbaycan hökumətilə məşvərət işləri aparılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}