08:21 / 24-06-2025
Hərbi bazanın yaxınlığında partlayış baş verib
08:15 / 24-06-2025
Yaxın Şərq ölkələrinə getməyin!
08:09 / 24-06-2025
Şahzadə Uilyam tacdan imtina edə bilər
07:55 / 24-06-2025
Som balığı beş nəfəri yaralayıb
07:50 / 24-06-2025
Zaxarova: Qərb İranda hakimiyyəti dəyişməyə cəhd edir
07:44 / 24-06-2025
Polkovnik İran XİN-nin bəyanatını dəyərləndirib
07:09 / 24-06-2025
İran və İsrail atəşkəsə razılaşıblar
23:45 / 23-06-2025
Bakıdan Qətərə uçan təyyarə yarıyoldan geri dönüb
21:27 / 23-06-2025
İran Qətər və İraqdakı ABŞ bazalarına raket atıb
19:29 / 23-06-2025
Britaniya İrana mesaj yollayıb
19:12 / 23-06-2025
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
18:53 / 23-06-2025
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
18:00 / 23-06-2025
Ağ Ev: "ABŞ Hörmüz boğazındakı vəziyyəti fəal şəkildə və diqqətlə izləyir"
17:43 / 23-06-2025
Bakıda narkotikə qarşı əməliyyat: saxlanılanlar var
17:20 / 23-06-2025
Agentlik TƏBİB-in 17 milyonluq tenderini ləğv edib
17:14 / 23-06-2025
Qərb Universiteti Tam Orta Məktəbi şagirdlərə attestat vermir? - Açıqlama
16:44 / 23-06-2025
İsrailin münaqişəyə son qoymaq niyyəti İrana çatdırılıb
16:30 / 23-06-2025
Dövlətə xəyanətdə ittiham olunan şəxsə hökm oxunub
16:03 / 23-06-2025
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək
15:49 / 23-06-2025
Erməni müğənnini “Qal, sənə qurban” mahnısını mənimsəmək istəyib
15:15 / 23-06-2025
Azərbaycan Suriyaya başsağlığı verib
15:14 / 23-06-2025
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
15:03 / 23-06-2025
Anar Məmmədlinin cinayət işinə xitam verilməsi üçün vəsatət qaldırılıb
15:01 / 23-06-2025
Zelenski: Rusiya, İran və KXDR qatillər koalisiyasıdır
14:49 / 23-06-2025
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
14:34 / 23-06-2025
ABŞ-nın hərbi bazası hücuma məruz qalıb
14:33 / 23-06-2025
Putin: İrana təcavüzün heç bir əsası yoxdur
14:23 / 23-06-2025
İlham Əliyev Goranboyda müəssisənin açılışını edib - (Yenilənib)
13:56 / 23-06-2025
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
16:11 / 19-06-2025

17:28 / 20-06-2025

11:32 / 19-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

14:57 / 22-06-2025

12:30 / 20-06-2025

16:26 / 20-06-2025

15:58 / 21-06-2025

16:45 / 21-06-2025

09:57 / 19-06-2025

Hökumətin təklifi vətəndaşlara yeni problemlər yaradacaq - Ekspertlər
Tarix: 01-12-2018 12:21 | Bölmə: Slayd

Gələn ildən Azərbaycanın Vergi Məcəlləsində və "Sosial sığorta haqqında" Qanunda bir sıra dəyişiklik gözlənilir. Vergi mexanizmində ediləcək dəyişiklikdən daha çox, sosial sığorta ödənişləri ilə bağlı məsələ narahatlıq yaradır.
Belə ki, “Sosial sığorta haqqında” Qanuna təklif edilən dəyişikliyə görə, sosial sığorta haqlarının işəgötürən və işçiyə düşən hissələrində nisbət dəyişə bilər.
Məlumat üçün qeyd edək ki, vergi qanunvericiliyinə təklif edilən dəyişikliyə görə, qeyri-neft-qaz sahəsində, eləcə də dövlət sektorunda çalışmayan, 8000 manata kimi əməkhaqqı alanlar gəlir vergisi verməyəcək. Bu vergi daha əvvəl 2500 manata qədər əməkhaqqı alanlar üçün 14 faiz, daha çox alanlar üçün isə 25 faiz idi. Sosial sığorta isə, işçinin ümumi əməkhaqqından 25 faiz hesablanırdı. Bunun bir hissəsini işçi, digər hissəsini isə işverən ödəməli idi. Nəzərdə tutulan dəyişikliyə əsasən, ödəniləcək rəqəm eyni qalsa da, ödəyənlər arasında faiz nisbəti bölünəcək. Yəni, 200 manata kimi olan əməkhaqqında sosial sığorta haqqı əvvəlki qaydada tutulacaq. İşçinin özü 3 faiz, işverən isə 22 faiz ödəməli olacaq. 200 manatdan çox olan əməkhaqlarında isə sosial sığorta ödəmələrinin strukturu dəyişəcək. Artıq hissə üçün işçi 3 faiz yox, 10 faiz, işverən və ya müəssisə isə 15 faiz ödəyəcək. Əvvəl isə işçi 14 faiz, müəssisə 22 faiz ödəməli olurdu. İndi müəssisənin ödədiyi 7 faizi işçi ödəyəcək. Amma bu halda o, daha əvvəlkindən 7 faiz az ödəyəcək. Yəni həm işçi, həm də müəssisə 7 faiz irəli düşür.
Məsələn, vətəndaş 500 manat əməkhaqqı alırsa, o, gəlir vergisi ödəmir. 500 manatın 200 manat hissəsi üçün 3 faiz sosial sığorta ödəyir. Bu zaman müəssisə 22 faiz ödəməli olur. Əməkhaqqının qalan 300 manatı üçün vətəndaş 10, müəssisə 15 faiz sosial sığorta haqqı ödəyir.
VÖEN-lə işləyənlər üçün sosial öhdəliklər minimum əməkhaqqının 25 faizi həcmində olacaq. Bu barədə Vergilər Nazirliyindən verilən rəsmi məlumatda bildirilib. Nazirliyin sözçüsü Şahin Məmmədov deyib ki, minimum əməkhaqqı 130 manatdırsa, o zaman ödəniləcək məbləğ 32 manat edir. Əvvəllər isə bu rəqəm 26 manat idi. VÖEN-i olmayan şəxslər isə, vergi uçotunda olmadıqları üçün bu öhdəlik vəsaiti ödəyən şəxsin üzərinə düşür. Nazirlik əməkdaşı əlavə edib ki, vergi orqanlarında uçota alınmayan və mülki-hüquqi xarakterli müqavilə əsasında çalışan belə şəxslərin sosial sığorta yükündə dəyişiklik baş verməyib.
Qanun layihəsində yazılır ki, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
* sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi;
* mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üzrə ödəmə mənbəyindən tutulmaqla - gəlirin 25 faizi;
* xüsusi notariuslar üzrə - minimum aylıq əməkhaqqının on mislinin 25 faizi;
* müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla - hesablanmış qonorar məbləğinin 15 faizi;
* vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər - gəlirlərinin 20 faizi;
* mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında.
Nazirlik rəsmisinin sözlərinə görə, dəyişikliklər qəbul edilərsə, işə götürənlər və işçilər üçün əmək müqaviləsinin imzalanması daha sərfəli olacaq.
Bir daha xatırladaq ki, bu dəyişikliklər 2019-cu il yanvarın 1-dən 7 il müddətinə nəzərdə tutulub. Dəyişikliklər Milli Məclisin müzakirəsinə təqdim edilib.

Qubad İbadoğlu: “Mülki hüquqi xarakterli müqavilələrlə xidmət göstərənlərin vergi öhdəliklərində ciddi artımlar nəzərdə tutulur”
“Reytinq” qəzetinin məlumatına görə, iqtisadçı alim Qubad İbadoğlu hesab edir ki, bu dəyişiklikərin ən böyük təsirlərindən biri sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan, mülki hüquqi xarakterli müqavilələrlə xidmət göstərənlərlə bağlı olacaq. Onun qənaətincə, mülki hüquqi xarakterli müqavilələrlə xidmət göstərənlərin vergi öhdəliklərində ciddi artımlar nəzərdə tutulur: “Gələn ildən xidməti müqavilə əsasında çalışan (VÖEN-i olmayan) və ayda 500 manat ödəniş alan şəxs ayda 125 manat, 600 manat alan şəxs 150 manat, 800 manat alan şəxs 200 manat, 1000 manat alan şəxs 250 manat, 2000 manat alan şəxs isə 500 manat (25 faiz) ödəməli olacaq. Digər bir dəyişikliyə görə, sahibkarlıq fəaliyyəti üzrə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faiz, digər sahələrdə 25 faiz olacaq. Bu da o deməkdir ki, VÖEN-i olub tikinti və ticarətdə ayda 65 manat, digər sahələrdə çalışanlar isə (məsələn, QHT sektoru, konsaltinq xidməti və sair) ayda 32,50 manat sosial sığorta haqqı ödəyəcəklər”.
Xatırladaq ki, "Sosial sığorta haqqında" Qanunda mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər ödəmə mənbəyindən tutulmaqla gəlirlərinin 25 faizini DSMF-yə ödəyirlər. Hazırda digər sahələr üçün sosial sığorta haqqının məbləği minimum əməkhaqqının ən çoxu 20 faizi, yəni Bakıda qeydiyyatda olanlar üçün 26 manat təşkil edir, Sumqayıt və Gəncədə 23,4 manat, respublika tabeli şəhərlərdə 20,8 manat, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 15,6 manat, kənd yerlərində 13 manat məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. Gələn ildən artıq regionlar üzrə sosial sığorta ödənişlərinin məbləği fərqləndirilməyəcək, respublika üzrə vahid rəqəm tətbiq olunacaq.
Bundan əlavə, mülki hüquqi xarakterli müqavilələrlə Bakıda fəaliyyət göstərənlər indiyədək sadələşdirilmiş vergi ödəyicisi kimi aldıqları ödənişin 4 faizi, rayonlarda isə 2 faizi, yəni Bakıda 500 manat alan 20 manat, rayonlarda 10 manat, 1000 manat alan və Bakıda qeydiyyatda olan 40 manat, rayonda qeydiyyatda olan isə 20 manat ödəyirdi.
Q. İbadoğlu bildirib ki, Vergi Məcəlləsinə gözlənilən dəyişikliklər bu şəkildə təsdiq edilərsə, gələn ildən həmin şəxslərin gəliri sadələşdirilmiş vergi ödəyicisi sayılmayacaq, gəlirlərindən vergi verəcəklər və çox güman ki, mikro sahibkarlıq subyekti sayılacaqlar. Meyarları Nazirlər Kabineti müəyyən edəcək. Yəni, onların qazancının 75 faizinə güzəşt tətbiq olunacaq. Yerdə qalan 25 faizi 20 faizlə vergiyə cəlb ediləcək. İqtisadçının fikrincə, bu, o halda olacaq ki, xərclərini sənədlərlə təsdiq edə bilsinlər:
“Qeyd edək ki, xüsusilə QHT sektorunda xərclərin sənədlərlə təsdiqi məsələsi çox çətinliklər yaradacaq. Xərclərin sənədlərlə təsdiq edilməməsi isə onun gəliri sayılması, gəlir məbləğinin artması və müvafiq olaraq ödəniləcək verginin də yüksək olması deməkdir. Yəni, təklif edilən dəyişiklik mülki hüquqi xarakterli müqavilələrlə çalışanları “kölgədən” çıxarmayacaq, əksinə, “kölgədə” qalanların sayı artacaq”.

Rövşən Ağayev: “Sərt mərkəzləşmədən əksmərkəzləşməyə keçid islahatlarına başlanılmalıdır”
İqtisadçı ekspert Rövşən Ağayev isə vergi sistemində ediləcək dəyişikliklə bağlı bildirib ki, hökumətin müzakirəyə çıxardığı vergi islahatlarının büdcə gəlirlərini əhəmiyyətli dərəcədə artıracağına inanır. Onun sözlərinə görə, gələn il real nəticələri görmək mümkün olacaq:
“Qeyri-leqal məşğulluğun və kölgə iqtisadiyyatının məhdudlaşacağına daha çox vurğu edilir. Amma cəmiyyətin də bunu bəri başdan nikbin qarşılaması üçün arqumentlər faktlar əsasında təqdim edilməlidir. Məsələn, hazırda kölgə iqtisadiyyatının real miqyası nə qədərdir və hökumət bununla bağlı real hesablamalara malikdirmi?
Statistika Komitəsinə inansaq, bizdə gizli iqtisadiyyat hesaba alınmayacaq qədər kiçikdir (7-8%).
Yaxud qeyri-rəsmi məşğulluğun real miqyası nə qədərdir? Heç şübhəsiz, kölgə iqtisadiyyatının real miqyası Statkom-un açıqladığı rəqəmdən xeyli böyükdür. Amma iqtisadiyyatın hazırkı imkanlarının hökumətin inandığı qədər də böyük olmasına inanmaq çətindir.
Söhbət real potensialdan getmir. Məsələn, bizim real potensialımız yaxın 3 ildə 100 mlrd. dollar milli gəlir yaratmağa imkan verə bilər (hazırda 35 mlrd. dollardan da azdır). Amma mövcud idarəetmənin yaratdığı imkanlar şəraitində milli gəlirimiz, tutaq ki, gizli iqtisadiyyat nəzərə alınmaqla 50 mlrd. dolları ötmür”.
Ekspert qeyd edib ki, iqtisadiyyatın yüksək potensialı 2 vacib amilə əsaslanır:
“Birincisi, yüksək əlavə dəyər yaratmaq potensialı nə qədərdir. Bunu ən sadə formada belə ifadə edim: iqtisadiyyatımız üçün 1,5 dollar dəyəri olan pambıq iplikdən ən azı 5 dollar dəyərində pambıq köynək istehsal edə bilirikmi?
İkincisi, iqtisadiyyatın yüksək innovasiya potensialı olmalıdır. Problem ondadır ki, bizim qərarvericilər iqtisadiyyatı, iqtisadi prosesləri idarəetmədən, xüsusən siyasi idarəçilikdən kənarda tuturlar. Məsələn, hazırkı regional idarəetmə bölgə iqtisadiyyatını indikindən artıq inkişaf etdirmək üçün real əngəldir. Bu əngəl aşılmasa, heç bir stimullaşdırma tədbiri (ixrac üçün 3%-lik təşviq, investisiua təşviqi sənədi, vergi güzəştləri (hər nə olursa, olsun) vəziyyəti yaxşılığa doğru dəyişməyəcək.
Baxın, 2004-ci ildən 14 il keçir. Bu qədər proqramların icrasndan, vergi güzəştlərindən, nəhəng investisiyalardan sonra Bakıdankənar bütün bölgələrin ölkənin ümumi ixracında, büdcənin gəlirlərində, milli gəlirdə payı necə dəyişib? Yenə bütün bu göstəricilərdə 95-96 faizlə Bakı lider, 4-5 faizlə bölgələr autsayderdir”.
R. Ağayev hesab edir ki, idarəetmənin forma və xarakteri iqtisadi islahatlar üçün təməl şərtdir. Buna görə də, nəhayət ki, sərt mərkəzləşmədən əksmərkəzləşməyə keçid islahatlarına başlanılmalıdır. “Bu gün dünyada yüksək rifaha, sahibkar azadlığına, balanslı bölgə inkişafına birlikdə nail olmuş bircə ölkə tapmaq mümkün deyil ki, orada əksmərkəzləşmə islahatları, siyasi idarəçilikdə və iqtisadi sistemdə islahatlarla paralel aparılmasın”,- deyə R. Ağayev fikrini yekunlaşdırıb.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar
Dünən, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
Dünən, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
Dünən, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
Dünən, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
Dünən, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
Dünən, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var