08:21 / 24-06-2025
Hərbi bazanın yaxınlığında partlayış baş verib
08:15 / 24-06-2025
Yaxın Şərq ölkələrinə getməyin!
08:09 / 24-06-2025
Şahzadə Uilyam tacdan imtina edə bilər
07:55 / 24-06-2025
Som balığı beş nəfəri yaralayıb
07:50 / 24-06-2025
Zaxarova: Qərb İranda hakimiyyəti dəyişməyə cəhd edir
07:44 / 24-06-2025
Polkovnik İran XİN-nin bəyanatını dəyərləndirib
07:09 / 24-06-2025
İran və İsrail atəşkəsə razılaşıblar?
23:45 / 23-06-2025
Bakıdan Qətərə uçan təyyarə yarıyoldan geri dönüb
21:27 / 23-06-2025
İran Qətər və İraqdakı ABŞ bazalarına raket atıb
19:29 / 23-06-2025
Britaniya İrana mesaj yollayıb
19:12 / 23-06-2025
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
18:53 / 23-06-2025
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
18:00 / 23-06-2025
Ağ Ev: "ABŞ Hörmüz boğazındakı vəziyyəti fəal şəkildə və diqqətlə izləyir"
17:43 / 23-06-2025
Bakıda narkotikə qarşı əməliyyat: saxlanılanlar var
17:20 / 23-06-2025
Agentlik TƏBİB-in 17 milyonluq tenderini ləğv edib
17:14 / 23-06-2025
Qərb Universiteti Tam Orta Məktəbi şagirdlərə attestat vermir? - Açıqlama
16:44 / 23-06-2025
İsrailin münaqişəyə son qoymaq niyyəti İrana çatdırılıb
16:30 / 23-06-2025
Dövlətə xəyanətdə ittiham olunan şəxsə hökm oxunub
16:03 / 23-06-2025
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək
15:49 / 23-06-2025
Erməni müğənnini “Qal, sənə qurban” mahnısını mənimsəmək istəyib
15:15 / 23-06-2025
Azərbaycan Suriyaya başsağlığı verib
15:14 / 23-06-2025
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
15:03 / 23-06-2025
Anar Məmmədlinin cinayət işinə xitam verilməsi üçün vəsatət qaldırılıb
15:01 / 23-06-2025
Zelenski: Rusiya, İran və KXDR qatillər koalisiyasıdır
14:49 / 23-06-2025
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
14:34 / 23-06-2025
ABŞ-nın hərbi bazası hücuma məruz qalıb
14:33 / 23-06-2025
Putin: İrana təcavüzün heç bir əsası yoxdur
14:23 / 23-06-2025
İlham Əliyev Goranboyda müəssisənin açılışını edib - (Yenilənib)
13:56 / 23-06-2025
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
16:11 / 19-06-2025

17:28 / 20-06-2025

11:32 / 19-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

14:57 / 22-06-2025

12:30 / 20-06-2025

16:26 / 20-06-2025

15:58 / 21-06-2025

16:45 / 21-06-2025

09:57 / 19-06-2025

Siyasi düşərgə növbədənkənar parlament seçkilərinə hazırlaşır
Tarix: 01-12-2018 23:41 | Bölmə: Slayd

Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müzakirələrin əhatə dairəsi genişlənib. Artıq belə bir qərarın veriləcəyi ilə bağlı qəti fikirlər səsləndirənlər də var.
İddia olunur ki, gələn ilin birinci yarısında ölkədə növbədənkənar parlament seçkiləri keçirilə bilər. Hətta Dairə Seçki komissiyalarına seçkilərə hazırlıqla bağlı göstəriş verildiyi və artıq işlərə başlandığı da bildirilir.
Növbədənkənar seçkilərin bir neçə ay ərzində keçirilməsi üçün göstərilən səbəblərə gəlincə, qeyd olunur ki, əgər seçki öz vaxtında, yəni 2020-ci ildə baş tutarsa, ondan sonrakı seçkilər 2025-ci ilə təsadüf edəcək. Bildiyiniz kimi, 2025-ci il Azərbaycanda növbəti prezident seçkisi ilidir. Yəni müvafiq dəyişikliklərdən sonra 7 illik olan prezidentlik müddətinin ilk mərhələsindən sonraya təsadüf edir və bu, kifayət qədər həssas prosesdir. Üstəlik, istər daxildə, istərsə də xaricdə baş verən bir sıra proseslər ölkəmizdə növbədənkənar parlament seçkilərini zərurətə çevirir.
Xatırladaq ki, V çağırış Milli Məclisə seçkilər 2015-ci ildə keçirilib və deputatların səlahiyyət müddəti 5 ildir. Qanuna görə, ölkədə növbəti parlament seçkiləri 2020-ci ildə keçirilməlidir.

Gülağa Aslanlı: “Ağıllı hakimiyyət demokratik seçki keçirməlidir”
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı “Reytinq”ə deyib ki, 1992-ci ildən bəri Azərbaycanda keçirilən seçkilərin heç birində demokratik mühit olmayıb. Onun sözlərinə görə, demokratik seçki mühitinin olmadığı şəraitdə hansısa normal prosesin gedəcəyi inandırıcı deyil: “İndiki halda da Azərbaycanda seçki anlayışı yoxdur və seçki qanunvericiliyi bərbad vəziyyətdədir. Axırıncı dəfə keçirilən referendumdan sonra Azərbaycanda hər hansı növbədənkənar prezident və ya parlament seçkilərinin olacağı haqqında fikirlər səslənmişdi. Faktiki olaraq, növbədənkənar prezident seçkilərini keçirdilər. Eyni zamanda, istənilən anda parlament seçkiləri keçirə bilər”.
G. Aslanlı bildirib ki, Müsavat Partiyası olaraq, hər zaman seçkilərə hazırdırlar: “Amma ölkədə seçki mühiti olmalıdır, seçki qanunvericiliyi təkmilləşdirilməlidir. Bu da hakimiyyətin üzərində düşür. Təəssüf ki, hakimiyyət indiyə kimi ortaya belə bir siyasi iradə qoymayıb. İndi də hakimiyyətin demokratik seçki keçirmək niyyətini hiss eləmirik. Amma ağıllı hakimiyyət düzgün qərar verməli və demokratik seçki keçirməlidir. Hər halda, biz seçkiyə hazırıq”.

Əli Əliyev: “Köhnə heyət Rusiya ilə əlbirdir”
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə “Reytinq”in əməkdaşına deyib ki, məsələyə real yanaşmaq lazımdır. Onun fikrincə, ehtimalı yüksək olan növbədənkənar parlament seçkilərinin proqnozlarını iqtidar-müxalifət münasibətləri işığında qiymətləndirmək yanlış olardı: “Ölkədə obyektiv siyasi münasibətlər mövcud deyil. İnstitutlar məhv edildikdən, xalqı prosesdən kənarlaşdırdıqdan və beynəlxalq ictimaiyyəti neft qoxusuna "oturtduqdan" sonra nəzəri yanaşma düzgün olmazdı. Gələcək prosesləri, o cümlədən ehtimal olunan erkən seçkiləri iqtidardaxili qruplar arasındakı mübarizədə analiz etmək daha düzgündür. Çünki cəmiyyət resurslarının əksəriyyəti orada cəmləşib. Üstəgəl, güc strukturları və seçki komissiyaları da onların nəzarətindədir. Bu səbəbdən illüziyalar qurmaq lazım deyil. İqtidarın belə qərarı olarsa, bu, yalnız vəziyyətin nəzarətdə qalma əminliyi üçün baş tuta bilər. Əgər belə əminlik olacaqsa, o zaman yeni konfiqurasiyalı Milli Məclis tərkibinə şahidlik edə bilərik. Yeni komanda gücünü təsbit etsə, yeni cizgili tərkib ola bilər. Yəni bir sıra yerlərdə obyektiv seçkinin keçirilməsinə razılıq verilə, bununla da daxili və xarici auditoriyaya demokratiya imitasiyası nümayiş etdirilər. Yox, əgər “köhnə qvardiya” üstün olsa, indikindən də betər deputat korpusu görəcəyik”.
Ə. Əliyev qeyd edib ki, köhnə heyət Rusiya ilə əlbirdir. Rusiyaya isə çürüyən Azərbaycan lazımdır: “Ona görə də onun hegemonluğu altında olan komandaya iyrənc kadr seçimi sifariş edilir. Bu yolla Azərbaycanın boyunduruqda saxlanması davam etdirilir. Köhnə komanda isə öz nüfuzunu və təsirini saxlamaq üçün istənilən şərti qəbul etməyə hazırdır”.
“Ukrayna hadisələri göstərir ki, istənilən gedişat mümkündür”
Partiya sədri hesab edir ki, bu dəfə seçkilərdə yeni mərhələnin başlanğıcı qoyula bilər. “Biz cəmiyyət olaraq iki ziyanın arasından seçmək məcburiyyətindəyik. Bunlardan biri hər şeyin olduğu kimi saxlanması variantıdır ki, köhnə qvardiyanın lütfü ilə bu şəraiti 25 ildir yaşayırıq. Ya da zorən qəbul etməli olduğumuz, durdurma imkanımızın olmadığı və işin nədən ibarət olduğunu bilmədiyimiz yeniliyi dadmalı olacayıq. Əlbəttə ki, biz müxalif mövqeyimizi davam etdirməli, cəmiyyətlə təmaslarımızı artırmalı, siyasi maariflənmə işini genişləndirməliyik. Çünki qarşıdakı hadisələrin inkişaf ssenarisi bizə bəlli deyil. Son Ukrayna hadisələri göstərir ki, istənilən gedişat mümkündür. Rusiya Azərbaycana nəzarətini itirməmək üçün istənilən addımı ata bilər. Ən azından bu səbəblərdən müxalifət müsəlləh olmalıdır”, – deyə Ə. Əliyev əlavə edib.

Həsrət Rüstəmov: “Şərait seçkilərə müsbət təsir göstərə bilər”
ADP sədrinin müavini Həsrət Rüstəmov isə bildirib ki, parlamentə seçkilər Konstitusiya dəyişikliklərindən sonra qısa müddət ərzində keçirilməli idi. Onun sözlərinə görə, seçkilərin indiyədək ləngiməsi ölkədə və dünyada ötən müddət ərzindəki siyasi vəziyyətlə bağlı olub: “Xüsusilə də hakimiyyətdaxili yerdəyişmələr müəyyən bir mərhələyə çatmamış iqtidar bu seçkilərlə başına bəla açmaq istəmirdi. Hazırda iqtidardaxili proseslərin vəziyyəti parlament seçkilərini nisbətən təhlükəsiz başa çatdırmağa imkan verir. Seçkilərin erkən keçiriləcəyinə dair proqnozlar da, görünür, bununla əlaqədar meydana çıxmağa başlayıb.
Amma iqtidarın normal, demokratik və azad seçkilər keçirəcəyinə inanmaq sadəlöhvlük olardı. Seçkilərdə təbii ki, manipulyasiya olunacaq. Sadəcə, hər seçki bir dəyişiklik fürsətidir deyə, xalq və müxalifət qurumları seçkiyə həmişə ciddi yanaşmalıdır. Eyni zamanda, hakimiyyətdaxili qruplardan bəzilərinin də müəyyən dəyişikliklər arzu etməsi və beynəlxalq şərait seçkilərin keyfiyyətinə müsbət təsir göstərə bilər”.
Müxalifətin seçkiyə hazır olması məsələsinə gəldikdə, H.Rüstəmov bunları deyib:
“Söhbət nisbətən demokratik seçkilərdən gedirsə, müxalifət bu seçkilərə daha hazır kimi görünür, nəinki iqtidar. Çünki açıq debatlarda iqtidarın müxalifətdən fərqli olaraq, əksər suallara cavabı yoxdur. Uzunmüddətli yarıtmaz fəaliyyəti ilə bağlı suallara, komanda üzvlərinin başdöndərən korrupsiya faktlarına açıq debatlarda cavab vermək hakim komanda üzvləri üçün asan olmayacaq. Müxalifətin isə çətinliyi əsasən pərakəndəlik və maliyyə imkanlarının zəifliyi ilə bağlı ola bilər. Bunları da birləşib həll eləmək mümkündür. Əsas məsələ odur ki, seçkilər normal keçirilərsə, bu, həm müxalifətin, həm də bütövlükdə ölkənin xeyrinə böyük bir addım olacaq. Hətta bu cür seçkilərdə böyük nailiyyətlər qazanılmasa belə, dəyişikliklərin başlanğıcı kimi onu müdafiə eləmək lazımdır. Başqa sözlə, kiçik addımlarla böyük demokratik dəyişikliklərə dəstək vermək həm dövlət, həm də müxalifət üçün olduqca vacibdir”.

Mütəllim Rəhimli: “Son vaxtlar dünyanın demokratik qüvvələri iqtidara qarşı təzyiqləri artır”
Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli isə diqqətə çatdırıb ki, növbədənkənar parlament seçkiləri ilə bağlı iddiaların ortaya atılmasını anlamaq bir qədər çətindir. Onun qənaətincə, ilk növbədə bu suala cavab vermək lazımdır ki, bu seçkilər nəyə görə və niyə keçirilməlidir: “Çünki indiki parlament iqtidarı kifayət qədər müdafiə edir, deputatlar yuxarılardan gələn istənilən qanun layihəsini təsdiq etmək və qərar vermək kimi sözəbaxan mövqe göstərirlər. Ona görə də, mən inanmıram ki, hakimiyyət növbədənkənar seçkilərə getsin. Amma bununla belə, son vaxtlar dünyanın demokratik qüvvələri iqtidara qarşı təzyiqləri artır və bu, artıq hiss olunur. Gürcüstanda, ondan sonra Ermənistanda baş verən hadisələr, demokratik qüvvələrin hakimiyyətə gəlişinin dəstəklənməsi, sözsüz ki, Azərbaycana da təsirsiz ötüşmür. Çox güman ki, parlament seçkilərinin keçirilməsi məsələsi Qərbdən gələn təkliflər sırasına daxildir və iqtidarın buna könüllü razı olacağı inandırıcı görünmür”.
M. Rəhimli təəssüflə qeyd edib ki, Azərbaycanda demokratik, bütün tərəflərə bərabər imkanlar yaradan seçkilər keçirilmir: “Ona görə də hansı seçki hazırlığından danışmaq olar? Düşünürəm ki, bizim ölkədə obyektiv seçkilər keçirilmədiyindən bu işi Suriyada olduğu kimi BMT görməlidir. Hesab edirəm ki, müxalif düşərgə bununla bağlı BMT-yə müraciət etməlidir”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar?
Dünən, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
Dünən, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
Dünən, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
Dünən, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
Dünən, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
Dünən, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var