16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Serj Sərkisyan 5 rayonu Azərbaycana qaytarmaqdan imtina edib - Açıqlama
Tarix: 14-12-2018 23:45 | Bölmə: Slayd
Serj Sərkisyan 5 rayonu Azərbaycana qaytarmaqdan imtina edib

Belarus prezidenti Aleksandr Lukaşenko dekabrın 14-də Rusiyanın media birliyinin nümayəndələri ilə görüşdə Rusiya və Belarusun Dağlıq Qarabaq münaqişəsinin həllində iştirakı ilə bağlı əvvəllər səsələnən təklif haqda danışıb.

Reyting.az-ın Belarus mediasına istinadən verdiyi xəbərə görə, dövlət başçısı qeyd edib ki, bu məsələ hələ Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində, Ermənistanın prezidenti Serj Sərkisyan olanda müzakirə edilib.

Onun deməsinə görə, Azərbaycan və Ermənistan liderlərini kompromis variant taparaq bu problemi birlikdə həll etməyə çağırıb. Bununla yanaşı, Belarus və Rusiya birgə mövqe tutublar, o cümlədən ehtiyac yaranarsa, müəyyən qarantiyanın təmin olunması üçün hərbi kontingent yeridilməsinə vəd verib.

“Sonra artıq açıq şəkildə dedim: qulaq as, onlar deyirlər ki, 7 rayon işğal olunub. Biz Putinlə birgə mövqe tutmuşuq (bu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Yerevandakı toplantısında olub): Serj, 5 rayonu qaytar. Onları qaytarmamaq üçün səbəb nədir, həmin rayonlar boş qalıb. O, dedi: əgər mən qaytarsam, onlar yolu kəsib Qarabağı işğal edəcək və sair. Biz Putinlə qəti söz verdik ki, ordu yeridib buna yol verməyəcəyik (bunu azərbaycanlılar barədə dedik). O dedi: yox, biz buna getməyəcəyik, biz bunu istəmirik”, - Belarus lideri vurğulayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}