08:21 / 24-06-2025
Hərbi bazanın yaxınlığında partlayış baş verib
08:15 / 24-06-2025
Yaxın Şərq ölkələrinə getməyin!
08:09 / 24-06-2025
Şahzadə Uilyam tacdan imtina edə bilər
07:55 / 24-06-2025
Som balığı beş nəfəri yaralayıb
07:50 / 24-06-2025
Zaxarova: Qərb İranda hakimiyyəti dəyişməyə cəhd edir
07:44 / 24-06-2025
Polkovnik İran XİN-nin bəyanatını dəyərləndirib
07:09 / 24-06-2025
İran və İsrail atəşkəsə razılaşıblar
23:45 / 23-06-2025
Bakıdan Qətərə uçan təyyarə yarıyoldan geri dönüb
21:27 / 23-06-2025
İran Qətər və İraqdakı ABŞ bazalarına raket atıb
19:29 / 23-06-2025
Britaniya İrana mesaj yollayıb
19:12 / 23-06-2025
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
18:53 / 23-06-2025
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
18:00 / 23-06-2025
Ağ Ev: "ABŞ Hörmüz boğazındakı vəziyyəti fəal şəkildə və diqqətlə izləyir"
17:43 / 23-06-2025
Bakıda narkotikə qarşı əməliyyat: saxlanılanlar var
17:20 / 23-06-2025
Agentlik TƏBİB-in 17 milyonluq tenderini ləğv edib
17:14 / 23-06-2025
Qərb Universiteti Tam Orta Məktəbi şagirdlərə attestat vermir? - Açıqlama
16:44 / 23-06-2025
İsrailin münaqişəyə son qoymaq niyyəti İrana çatdırılıb
16:30 / 23-06-2025
Dövlətə xəyanətdə ittiham olunan şəxsə hökm oxunub
16:03 / 23-06-2025
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək
15:49 / 23-06-2025
Erməni müğənnini “Qal, sənə qurban” mahnısını mənimsəmək istəyib
15:15 / 23-06-2025
Azərbaycan Suriyaya başsağlığı verib
15:14 / 23-06-2025
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
15:03 / 23-06-2025
Anar Məmmədlinin cinayət işinə xitam verilməsi üçün vəsatət qaldırılıb
15:01 / 23-06-2025
Zelenski: Rusiya, İran və KXDR qatillər koalisiyasıdır
14:49 / 23-06-2025
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
14:34 / 23-06-2025
ABŞ-nın hərbi bazası hücuma məruz qalıb
14:33 / 23-06-2025
Putin: İrana təcavüzün heç bir əsası yoxdur
14:23 / 23-06-2025
İlham Əliyev Goranboyda müəssisənin açılışını edib - (Yenilənib)
13:56 / 23-06-2025
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
16:11 / 19-06-2025

17:28 / 20-06-2025

11:32 / 19-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

14:57 / 22-06-2025

12:30 / 20-06-2025

16:26 / 20-06-2025

15:58 / 21-06-2025

16:45 / 21-06-2025

09:57 / 19-06-2025

Tramp dünyanı aldadıb
Tarix: 05-01-2019 21:19 | Bölmə: Slayd

Prezident Donald Tramp dekabrın 19-da bəyanat verərək, Suriyanın 1/3-nə nəzarət edən ABŞ qoşunlarını 60-90 gün ərzində bu ərazilərdən çıxaracağını bildirmişdi. Bunun ardınca, 24 saat ərzində ordunun arxa cəbhəsinin Suriyadan İraqa köçürülmə qərarı həyata keçirildi. Bundan bir neçə gün sonra isə Tramp İraqa səfər edib hərbçilərlə görüşdü, Ərdoğana güvəndiyini və Suriyada işlərinin bitdiyini açıq şəkildə bəyan elədi.
Trampın bu səfərindən sonra Suriyada aktiv təmsil olunan İran da hərbi müşavirlərini geri çağırdığını açıqladı. Rusiya isə ABŞ-dan boşalacaq ərazilərin gələcək taleyi ilə bağlı həm Türkiyəyə, həm də bölgədəki digər ölkələrə güc nümayiş etdirməyə başladı. Rəsmi Moskva açıq şəkildə bəyan elədi ki, ABŞ-ın tərk etdiyi ərazilər Suriya rejiminə təhvil verilməlidir.
Rəsmi Ankara isə bugünədək Suriyanın Menbiç bölgəsidəki PKK/YPG qüvvələrinin zərərsizləşdirilməsi üçün sərhəddə hərbi qüvvə toplayır. Eyni zamanda, Suriyada olan əsas güc sahibləri – Rusiya və İranla da danışıqları gücləndirir.
Amma Türkiyə son bir ayda dayanmadan sərhəddə ordu toplasa da, hələ ki hücuma keçə bilmir. ABŞ ordusunun polkovniki Duqlas Makqreqor bunu ciddi siyasi amillərlə bağlayıb. Ehtiyatda olan polkovnik deyib ki, ABŞ ordusunun Suriyadan çıxmasından sonra Rusiya özünün regiondakı müttəfiqləri arasında seçim etməli olacaq:
“Rusiya uzun müddət İran, Türkiyə və Suriyadakı müttəfiqləri arasında münasibətləri bərpa etməyə çalışıb. ABŞ ordusunun buradan çıxarılması Rusiyanın tərəflər arasında seçiminə səbəb olacaq. Biz mümkün olduğu qədər tez bir zamanda Şimali Suriyadan getməliyik. Ona görə ki, burada kürd terrorçularına hücum etməyə hazır olan on minlərlə türk əsgəri var. Biz Suriya hökumətini buraya daxil olmağa məcbur etdik, özümüz isə gedirik. Putin seçim etməli olacaq. Əgər Rusiya Türkiyəni Suriya ərazisinə buraxsa, suriyalılara və İrana təsirini itirəcək”.
Hadisələrin belə cərəyan etdiyi bir vaxtda ABŞ prezidenti daha bir gözlənilməz bəyanat verərək, həm müttəfiqlərini, həm də rəqiblərini növbəti dəfə çaşqın vəziyyətə salıb.
Reyting.az-ın məlumatına görə, D. Tramp Suriyadan tezliklə çıxacaqları haqda əvvəlki bəyanatını təkzib edib. Hətta “Mən Suriyanı 4 aya tərk edəcəyimizi deməmişəm”, - söyləyərək, əvvəlki açıqlamalarını danıb.
“Anadolu” agentliyinin məlumatına görə, terrorçu PKK/YPG-PYD qruplaşmasının Suriya ərazisindəki xam nefti İrana satmalarından danışan Tramp, eyni zamanda, bölgədə varlıqlarını hələ bir müddət sürdürəcəklərini deyib:
“Kürd döyüşçülərinin əlindəki nefti İrana satması xoşuma gəlmir. Biz onlardan satmamalarını istədik. Bizim kürd tərəfdaşlarımızın İrana xam neft satması məni qətiyyən sevindirmir. Ancaq ABŞ hərbçiləri Suriyadan çıxsa da, YPG/PYD-nin müdafiəsini təmin edəcəyik. Onlar Türkiyənin xoşuna gəlmirlər. Lakin onları başqaları bəyənir. Onlar çox yaxşı döyüşürlər. Biz kürdləri müdafiə edəcəyik. Mən Suriyada əbədi qalmaq istəmirəm. Ora qum və ölümdən ibarətdir”.

Tramp ABŞ hərbçilərinin 4 ay ərzində Suriyadan çıxarılma prosesinə də aydınlıq gətirib: “Mən ordunun Suriyadan tədricən və ya qısa müddətə çıxacağı barədə heç nə deməmişəm. Bəziləri iddia edir ki, mən 4 aya hərbçiləri çıxaracağımızı bildirmişəm. Mən bunu heç vaxt deməmişəm. Biz Suriyadan müəyyən edilmiş zamanda çıxacağıq”.
Trampın “Suriyada qalacağıq, kürdləri sonadək qoruyacağıq”,- bəyanatına hələlik nə rəsmi Ankaradan, nə də Moskvadan cavab verilib.
Lakin hər iki ölkənin iqtidara yaxın ekspertləri kürd məsələsinin Suriyada ən ciddi təhlükə mənbəyi olduğunu deyirlər.
Məsələn, rusiyalı politoloq Vladimir Şapovalov “Regnum” agentliyinə deyib ki, ABŞ-ın dəstəklədiyi YPG qüvvələrinin təhülkə saçmasının səbəblərindən biri Türkiyə ilə konfliktdir: “Digər səbəb kürd bölmələrinin ərəb əhalisinin sıx məskunlaşdığı Suriyanın şimal-şərqini tutması olub. Bu isə konflikt üçün kifayət qədər ciddi mənbədir. ABŞ-ın Suriyadan ordusunu çıxartmasından sonra kürdlər faktiki olaraq çətin vəziyyətə düşürlər. Kürd icması ilk dəfə deyil ki, belə vəziyyətlə üzləşir. Bundan öncə Afrin və İraq Kürdüstanı ilə bağlı da oxşar vəziyyət yaranıb. Hər ikisində ABŞ, faktiki olaraq kürdləri satıb və verdiyi vədi pozub. Belə vəziyyət üçüncü dəfə təkrarlanır”.
V. Şapovalovun fikrincə, kürdlər üçün iki ssenari var. Bunlardan biri hər kəslə qarşıdurmaya getmək, digəri isə kompromis variantıdır: “Mən hesab edirəm ki, hadisələr ikinci ssenari üzrə inkişaf edir. Bu isə kürdlərin öz strategiyasını dəyişməsinə səbəb ola bilər”.
Türkiyəli siyasət yazarı, təhlükəsizlik üzrə ekspert Mətin Gürcan isə Trampın ikibaşlı Suriya qərarından danışarkən bildirib ki, prezidentin hərbçilərin Suriyadan çıxarılması ilə bağlı qərarı ABŞ-ın dərin dövlətinə qarşı üsyandır: “2019-cu ildə Suriyada yarımçıq qalan işlərə baxanda təəssüf ki, gözümüzün önündə müsbət mənzərə canlanmır. Xüsusilə, Suriyanın şimalında iki kor düyün var - biri İdlib, digəri isə Fəratın şərqidir”.
O əlavə edib ki, Pentaqonun rəhbərliyi altında olan ABŞ dərin dövləti ilə Tramp arasında daxili gizli mübarizə gedir və birinci tərəf qoşunların Suriyadan çıxarılmasının tərəfdarı deyil: “Ərdoğanla telefon danışığından sonra Trampı razı saldılar. Məncə, son bir neçə gündə Trampın Suriya ilə bağlı ikibaşlı açıqlamaları bunun əyani göstəricisidir”.
Lakin rus və türk ekspertlərindən fərqli olaraq, Qərb mətbuatı Trampın son bəyanatını əsas götürüb, əksini iddia edirlər. Ekspertlər Trampın qeyri-müəyyən davranışlarını ölkəsində yaşanan istefa və gərginliklə əlaqələndirirlər. İddia olunur ki, Suriyadan çəkilmə qərarından sonra Pentaqonda baş verən istefalar və digər məqamlar Trampı Suriya planına yenidən baxmağa məcbur edib. Bu səbəbdən ABŞ öz ordusunu yaxın 3-4 ayda Suriyadan geri çəkməyəcək.
“Habertürk”ün Vaşinqton təmsilçisi Sərdar Turqut isə bildirir ki, hazırda ABŞ strateqləri Trampa Suriya ilə bağlı yeni plan hazrılamaqla məşğuldur.

S. Turqutun həm bu, həm də bölgədə yaşanan vəziyyətlə bağlı təmsil etdiyi portalda maraqlı yazısı yayılıb.
Həmin yazını qısa ixtisarla təqdim edirik:
Tətil dövrü olmasına rəğmən, normal halda səssiz olmalı olan Vaşinqton Suriya məsələsilə bağlı qaynayır. Ortada bir boşluq olduğunu və Orta Şərqin bu boşluğu qaldıra bilməyəcəyini bilən dövlət qurumları Suriya üçün prezident Trampı məmnun edəcək dövlət strategiyası formalaşdırmağa çalışırlar.
Milli təhlükəsizlik məsələlərində təsirə malik olan respublikaçı senator Lindsli Qrehem Baş qərargah rəisi Danfordla görüşdükdən sonra Ağ Evdə bu yaxınlarda Türkiyəyə gələcək Milli təhlükəsizlik müşaviri Con Boltonla görüşüb və strategiya məsələlərini müzakirə edib.
Bu görüşlərdən sızan, lakin hələ rəsmən təsdiq edilməyən məlumatlara görə, ABŞ rəhbərliyi cənuba çəkiləcək PYD ilə Türkiyə sərhəddi arasında bu təşkilatdan təmizlənmiş sahə – tampon bölgə yaratma planı üzərində işləyir.
Prezident Ərdoğan da Türkiyənin əsas hədəfinin öz sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi olduğunu söylədiyinə görə, Amerikadakı qaynaqlar gəlinən bu nöqtənin Ankaranın tələblərinə cavab verəcəyinə ümid edirlər.
Vaşinqtonda PKK təsirindən “yaxşıca təmizlənmiş” Suriya kürdlərinin, Türkiyənin tələb etdiyi kimi, sərhəddən Ankara baxımından təhlükəsiz olan uzaqlığa – 30-40 km cənuba çəkilməsi üzərində düşünüldüyü söylənilir. Əgər Tramp bu plandan anidən vaz keçməzsə, bütün baş verənlər, mənim daha öncə yazdığım kimi, Rusiya ilə ABŞ-ın çox öncə əldə etdiyi ilkin anlaşmaya dayanır.
Gedişatın hansı yönə olduğunu açıqca göstərən ABŞ-dakı qaynaqlar bu mərhələdə Suriya haqqında əsas elementləri aşağıda göstərilən dövlət strategiyasının ortaya çıxmağa başladığını söyləyirlər:
1. Kürd əhali arasında PKK təsiri xeyli azaldıldıqdan sonra Rusiyanın istədiyi kimi, kürdlər Suriya rejimi ilə anlaşarsa, məhdud muxtariyyat verilmiş əhali Türkiyə sərhəddindən xeyli cənuba çəkilmiş bölgəyə gedəcək.
2. Rusiya, Türkiyə və ABŞ arasında koordinasiya da təmin edilərsə, muxtariyyat alan bölgə ilə Türkiyə arasında qalan sahədə Suriya rejiminin heç bir təsirinin olmaması üçün rejimin orada iştirakı Rusiya dəstəkli olacaq (yəni, formal xarakter daşıyacaq – tərc.). Vaşinqtonda düşünürlər ki, Suriyanın ərazi bütövlüyünü vurğulayan Türkiyə buna qarşı çıxmayacaq.
Vaşinqtona gələn məlumatlara görə, rejimlə kürdlər hazırda məhsuldar əkin və neft sahələrinin paylaşılması və istifadə olunması üçün danışıqlar aparırlar.
3. Muxtariyyat veriləcək bölgəyə keçişin yaxşı koordinasiya edilməsi üçün Pentaqon, hərbçilərin geri çəkilməsi müddətinin 1 aydan 4 aya çıxarılmasını istəyib. Qarşıdakı 4 ayda YPG-yə verilmiş silahların gələcəkdə təhlükə yaratmaması, eyni zamanda Rusiya və ya rejimin əlinə keçməməsi üçün bir qisminin ya geri alınması, ya da yararsız hala salınaraq, orada buraxılması planlaşdırılır. Pentaqon hazırda geri alınacaq silahların bölgədə haralarda yerləşdirilə biləcəyilə bağlı məsələ üzərində işləyir.
4. Ruslar bu modelə “Şimali İraq modeli”, amerikalılar isə “Qamışlı modeli” deyirlər. Rusiya və ABŞ bu modellə bağlı, təqribən, 11 aydır (2018-ci ilin fevralından – tərc.) ki, müzakirə aparırlar. Yeganə problem Türkiyəni narahat etməyəcək bir formulun tapılması idi.
Bunun üçün Rusiya, ABŞ və Türkiyə arasında uyumlu koordinasiyanın təmin edilməsi şərt idi. Ankara ilə onsuz da yaxşı ikitərəfli koordinasiyası olan Rusiya atılan son addımlardan, ABŞ isə Suriyadan hərbçilərin geri çəkilməsi haqqında qərar verməsindən sonra sahədə Türkiyə ilə əlaqəli hərəkət etməyə ümid edirlər.
5. ABŞ bölgədən tamamən çıxmır. Əgər ehtiyac olarsa, İraqdakı hərbi bazalarında olan xüsusi təyinatlıları ilə “nöqtəvi müdaxilələr” etməyi planlaşdırır.
Uzun müddətdir ki, bu məsələlər haqqında yazıram. İndi ümidim 2019-ci ildə Rusiya, ABŞ və Türkiyə arasında böyük uzlaşmanın uğurla əldə edilməsinə, Türkiyə sayəsində bir həll yolunun tapılmasınadır.

Reyting.az daha bir mənbəyə istinad edərək bildirir ki, hazırda Türkiyədə yaşayan professor Toğrul İsmayılın Axar.az-dakı açıqlamasına da diqqət yönəltmək vacibdir.
T. İsmayılın sözlərinə görə, 2019-cu ildə Türkiyə üçün yenə də əsas məsələ Yaxın Şərq olacaq: “Çünki artıq Suriya məsələsi tamamilə fərqli bir mərhələyə qədəm qoyub: amerikalılar gedir, Türkiyə isə artıq Moskva və Tehranla razılaşmalı olacaq. Mənim fikrimcə isə, ABŞ bu regionu tamamilə tərk etməyəcək”.
Professor deyib ki, Suriya məsələsində yeni xəritə formalaşır – yeni oyunçular, yeni manevrlər olacaq.
“2018-ci ilin sonunda İrana qarşı tətbiq edilən sanksiyalar Türkiyənin maraqlarına da zərbə vurur. ABŞ hər nə qədər Ankaranın maraqlarına toxunmamağa çalışsa da, İrana qarşı sanksiyalar 2019-cu ildə Türkiyə üçün iqtisadi cəhətdən əlverişli olmayacaq. Liderlərin sonuncu açıqlamalarını, həmçinin Putinin Ərdoğana təbrik məktubunu nəzərə alsaq, Türkiyə-Rusiya münasibətlərinin 2019-cu ildə də inkişafa davam edəcəyini ehtimal etmək olar. Moskva və Ankara arasında həssas bir məqam da var – bu Suriya məsələsi, başqa sözlə, maraqların mümkün toqquşma yeridir”, - deyə, o, bildirib.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar
Dünən, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
Dünən, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
Dünən, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
Dünən, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
Dünən, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
Dünən, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var