08:21 / 24-06-2025
Hərbi bazanın yaxınlığında partlayış baş verib
08:15 / 24-06-2025
Yaxın Şərq ölkələrinə getməyin!
08:09 / 24-06-2025
Şahzadə Uilyam tacdan imtina edə bilər
07:55 / 24-06-2025
Som balığı beş nəfəri yaralayıb
07:50 / 24-06-2025
Zaxarova: Qərb İranda hakimiyyəti dəyişməyə cəhd edir
07:44 / 24-06-2025
Polkovnik İran XİN-nin bəyanatını dəyərləndirib
07:09 / 24-06-2025
İran və İsrail atəşkəsə razılaşıblar
23:45 / 23-06-2025
Bakıdan Qətərə uçan təyyarə yarıyoldan geri dönüb
21:27 / 23-06-2025
İran Qətər və İraqdakı ABŞ bazalarına raket atıb
19:29 / 23-06-2025
Britaniya İrana mesaj yollayıb
19:12 / 23-06-2025
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
18:53 / 23-06-2025
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
18:00 / 23-06-2025
Ağ Ev: "ABŞ Hörmüz boğazındakı vəziyyəti fəal şəkildə və diqqətlə izləyir"
17:43 / 23-06-2025
Bakıda narkotikə qarşı əməliyyat: saxlanılanlar var
17:20 / 23-06-2025
Agentlik TƏBİB-in 17 milyonluq tenderini ləğv edib
17:14 / 23-06-2025
Qərb Universiteti Tam Orta Məktəbi şagirdlərə attestat vermir? - Açıqlama
16:44 / 23-06-2025
İsrailin münaqişəyə son qoymaq niyyəti İrana çatdırılıb
16:30 / 23-06-2025
Dövlətə xəyanətdə ittiham olunan şəxsə hökm oxunub
16:03 / 23-06-2025
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək
15:49 / 23-06-2025
Erməni müğənnini “Qal, sənə qurban” mahnısını mənimsəmək istəyib
15:15 / 23-06-2025
Azərbaycan Suriyaya başsağlığı verib
15:14 / 23-06-2025
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
15:03 / 23-06-2025
Anar Məmmədlinin cinayət işinə xitam verilməsi üçün vəsatət qaldırılıb
15:01 / 23-06-2025
Zelenski: Rusiya, İran və KXDR qatillər koalisiyasıdır
14:49 / 23-06-2025
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
14:34 / 23-06-2025
ABŞ-nın hərbi bazası hücuma məruz qalıb
14:33 / 23-06-2025
Putin: İrana təcavüzün heç bir əsası yoxdur
14:23 / 23-06-2025
İlham Əliyev Goranboyda müəssisənin açılışını edib - (Yenilənib)
13:56 / 23-06-2025
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
16:11 / 19-06-2025

17:28 / 20-06-2025

11:32 / 19-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

14:57 / 22-06-2025

12:30 / 20-06-2025

16:26 / 20-06-2025

15:58 / 21-06-2025

16:45 / 21-06-2025

09:57 / 19-06-2025

Hökumət sahibkarlara əlavə problem yaradıb - Ekspert
Tarix: 12-01-2019 18:35 | Bölmə: Slayd

Vergi Məcəlləsindəki yeni məhdudiyyət sahibkarlar və vergi nəzarəti üçün ciddi problemdir, inzibatçılıq işlərini artırır
Yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə yeni dəyişikliklər mütərəqqi yenilik və şəffaflıq kimi təqdim olunsa da, kifayət qədər mənfi tərəfləri də var. Belə ki, dəyişikliklər kiçik və orta sahibkarlıqla məşğul olanlara əlavə problemlər yarada bilər. Yəni xırda ticarətlə məşğul olanlara və dövriyyəsindən asılı olmayaraq restoran-kafe sahiblərinə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilsə də, onların bu hüquqdan yararlanmasına çox ciddi məhdudiyyət qoyulur.

R. Ağayev
İqtisadçı ekspert Rövşən Ağayev Reyting.az-a deyib ki, 218.5.10-ci maddəsinə görə, yalnız vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmət göstərən sahibkarlıq subyektlərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ var. Onun fikrincə, əgər ixtiyari bir mağaza və ya restoran (kafe, yeməkxana) əhali ilə yanaşı, vergi orqanında qeydiyyatda olan fərdi sahibkara və ya hüquqi şəxslərə də ən azı bir dəfə mal satdıqda və ya xidmət göstərdikdə, dövriyyəsinin və işçi sayının necə olmasından asılı olmayaraq, dərhal sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirir: “Belə bir mənzərəni təsəvvür edin: siz sadələşdirilmiş vergi ödəyicisiniz, tikinti malları satan mağazanız var və hər ay 300-500 müştərinizin içərisində sizdən elektron vergi hesab-fakturası ilə mal almaq istəyən 3-5 müəssisə və ya fərdi sahibkar olur. Yaxud kiçik bir kafenizdə əsasən əhaliyə xidmət göstərirsiniz, amma yaxınlıqdakı 3-5 şirkət hər gün öz işçilərinə sizdən elektron vergi hesab-fakturası ilə yemək sifariş verir. Hər 2 halda, mağaza sahibi də, kafe işlədən sahibkar da sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu dərhal itirir.
Belə vəziyyətdə kiçik mağaza və ya kafelər birmənalı olaraq vergi orqanında qeydiyyatda olan müştərilərindən imtina edəcəksə, belə alınacaq ki, xırda sahibkar könüllü olaraq öz gəlirlərindən iri sahibkarların xeyrinə imtina etmiş olur. Bəlkə də bu mənzərəyə 1 mağazanın və ya 1 kafenin timsalında baxanda problem ciddi görünmür, lakin yüzlərlə xırda sahibkarın bir yerdə itirdiyi hər halda kiçik məbləğ deyil. “Varlıların daha da varlanıb, kasıbların isə daha da kasıblaşması”na səbəb ola biləcək bu məhdudiyyət mexanizmi bütün hallarda ədalətli deyil, iqtisadiyyata ciddi zərbə vurur”.
Ekspert nəzərə çatdırıb ki, belə vəziyyətdə sahibkarlar alternativ qanuni çıxış yolu da tapa bilər, amma bu yol sahibkarlar üçün izafi işi artıracaq. Məsələn, mağaza işlədən sahibkar mağazasının satış sahəsini öz adına uçota alıb, anbar sahəsini başqa bir vergi ödəyicisi kimi qeydiyyata saldıra bilər. Yəni 1 mağazada 2 müxtəlif vergi ödəyicisi fəaliyyət göstərmiş olacaqdır. Bu halda, mağazanın əhaliyə xidmət göstərən hissəsində satış vergi ödəyicisi tərəfindən nəzarət-kassa aparatı (yaxud pos-terminal) ilə həyata keçiriləcəkdir. Həmin mağazanın vergi ödəyicisi olan müştərilərinə satış elektron vergi hesab-faktura ilə anbarın aid olduğu 2-ci vergi ödəyicisi tərəfindən birbaşa anbardan göndəriləcək, ödəniş isə bank hesabları ilə nağdsız ödəniş (bank) qaydasında həyata keçiriləcəkdir. Eyni analoji addımı kafelər də ata bilər. Göründüyü kimi, nəticədə yenə də vergi bəyannaməsi təqdim edən ödəyicilərin sayı süni şəkildə şişəcək, vergi nəzarəti yenə çoxlu sayda ödəyici üzərinə nəzarət üçün böyük administrativ resurslar səfərbər edəcək, vergi ödəyici isə əlavə mühasibatlıq işi ilə qayğılarını bir qədər də artırcaq.
Maraqlıdır, vergi qanunvericiliyində indiyədək mövcud olan ikili vergi mükəlləfiyyəti statusu burada mümkün ola bilərdimi?
R. Ağayev bildirib ki, bu, mümkün idi. Onun sözlərinə görə, Məcəllənin 218.5.4-cü maddəsində nəzərdə tutulduğu kimi, əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər. Lakin elə Məcəllənin 221.7-ci maddəsi bu şəxslərin əmlakın icarəyə verilməsindən və royaltidən kənar fəaliyyət növləri üçün sadələşdirilmiş vergi tətbiq etmək hüququnu tanıyır: “Bu isə o deməkdir ki, vergi inzibatçılığında və mühasibat uçotunda analoji - ikili vergi mükəlləfiyyəti təcrübəsi hüquq normaları ilə tənzimlənir və indiyədək tətbiq edilməkdədir. Ona görə də hesab edirəm ki, pərakəndə ticarət və ictimai-iaşə sahəsində fəaliyyət göstərən sadələşdirilmiş vergi ödəyicisinə də əhali ilə dövriyyənin uçotunun ayrıca, sahibkarlıq subyektləri ilə dövriyyənin uçotunun isə ayrıca aparılması mümkün olardı. Vergi Məcəlləsinə əlavə edilmiş yeni məhdudiyyət isə həm sahibkar, həm də vergi nəzarəti üçün ciddi problemdir, inzibatçılıq işlərini artırır”.
İqtisadçı ekspertin sözlərinə görə, bu məhdudiyyət alıcı-sahibkarların da hüquqlarını pozur, xərclərini artırır: “Bir misal ilə bunu da göstərim: Şamaxı rayonunda konkret brend malı sadələşdirilmiş vergi ödəyicisi olan cəmi 1 mağaza satırsa və həmin brend malın alıcısı olan digər sahibkar bu ildən etibarən həmin mağazadan elektron vergi hesab-faktura ilə ala bilməyəcək. Çünki bu alqı-satqı satıcı-sahibkarı sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan məhrum edə və onun gələcək maliyyə vəziyyətini ağırlaşdıra bilər. Bu səbəbdən, eyni zamanda satıcı-sahibkar da həmin alıcı-sahibkara mal satmağa səy göstərmədikdə, o, daimi müştərisini itirəcək və demək olar, gəlirlərinin bir hissəsindən məhrum olacaqdır. Beləliklə, alıcı-sahibkar həmin malı, yol xərclərini artırmaqla, İsmayıllı rayonunda fəaliyyət göstərən və ƏDV ödəyicisi olan digər sahibkardan almalı olacaq. Nəticədə, alıcı-sahibkarın xərcləri artdığı üçün vergiyə cəlb edilən gəlirləri, eyni zamanda vergi öhdəlikləri azalacaq. Eyni zamanda Şamaxıda müştərisini itirən satıcı-sahibkarın da vergiyə cəlb edilən gəlirləri, vergi öhdəlikləri azalacaq”.
Sonda ekspert diqqətə çatdırıb ki, zaman keçdikcə, vergi qanunvericiliyinə edilən əlavə və dəyişikliklərin yaratdığı çətinlikləri praktikada daha aydın görmək mümkün olacaq. Onun qənaətincə, Vergi Məcəlləsi bütün hallarda sahibkarlıq fəaliyyətini təşviq etməli olduğu üçün, Məcəlləyə edilən hər bir dəyişiklik də sahibkarlara maksimal rahatlıq, vergi administrasiyasına isə resurslardan maksimum səmərəli istifadə imkanı əsasında qurulmalıdır.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar
Dünən, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
Dünən, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
Dünən, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
Dünən, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
Dünən, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
Dünən, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var