08:21 / 24-06-2025
Hərbi bazanın yaxınlığında partlayış baş verib
08:15 / 24-06-2025
Yaxın Şərq ölkələrinə getməyin!
08:09 / 24-06-2025
Şahzadə Uilyam tacdan imtina edə bilər
07:55 / 24-06-2025
Som balığı beş nəfəri yaralayıb
07:50 / 24-06-2025
Zaxarova: Qərb İranda hakimiyyəti dəyişməyə cəhd edir
07:44 / 24-06-2025
Polkovnik İran XİN-nin bəyanatını dəyərləndirib
07:09 / 24-06-2025
İran və İsrail atəşkəsə razılaşıblar
23:45 / 23-06-2025
Bakıdan Qətərə uçan təyyarə yarıyoldan geri dönüb
21:27 / 23-06-2025
İran Qətər və İraqdakı ABŞ bazalarına raket atıb
19:29 / 23-06-2025
Britaniya İrana mesaj yollayıb
19:12 / 23-06-2025
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
18:53 / 23-06-2025
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
18:00 / 23-06-2025
Ağ Ev: "ABŞ Hörmüz boğazındakı vəziyyəti fəal şəkildə və diqqətlə izləyir"
17:43 / 23-06-2025
Bakıda narkotikə qarşı əməliyyat: saxlanılanlar var
17:20 / 23-06-2025
Agentlik TƏBİB-in 17 milyonluq tenderini ləğv edib
17:14 / 23-06-2025
Qərb Universiteti Tam Orta Məktəbi şagirdlərə attestat vermir? - Açıqlama
16:44 / 23-06-2025
İsrailin münaqişəyə son qoymaq niyyəti İrana çatdırılıb
16:30 / 23-06-2025
Dövlətə xəyanətdə ittiham olunan şəxsə hökm oxunub
16:03 / 23-06-2025
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək
15:49 / 23-06-2025
Erməni müğənnini “Qal, sənə qurban” mahnısını mənimsəmək istəyib
15:15 / 23-06-2025
Azərbaycan Suriyaya başsağlığı verib
15:14 / 23-06-2025
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
15:03 / 23-06-2025
Anar Məmmədlinin cinayət işinə xitam verilməsi üçün vəsatət qaldırılıb
15:01 / 23-06-2025
Zelenski: Rusiya, İran və KXDR qatillər koalisiyasıdır
14:49 / 23-06-2025
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
14:34 / 23-06-2025
ABŞ-nın hərbi bazası hücuma məruz qalıb
14:33 / 23-06-2025
Putin: İrana təcavüzün heç bir əsası yoxdur
14:23 / 23-06-2025
İlham Əliyev Goranboyda müəssisənin açılışını edib - (Yenilənib)
13:56 / 23-06-2025
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
16:11 / 19-06-2025

17:28 / 20-06-2025

11:32 / 19-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

14:57 / 22-06-2025

12:30 / 20-06-2025

16:26 / 20-06-2025

15:58 / 21-06-2025

16:45 / 21-06-2025

09:57 / 19-06-2025

Ölkəmizdə dini qarşıdurma yaratmaq istəyirlər
Tarix: 13-01-2019 13:59 | Bölmə: Slayd

Son dövrlər ölkəmizdə dini zəmində hər hansı gərginlik, qarşıdurma olmasa da, narahatlıq qalmaqdadır. Xüsusən də təhlükəsizlik orqanlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hər hansı təhlükəli hadisə baş vermədən məkrli planların pozulması təqdir olunmalıdır.
Xatırladaq ki, ötən ayın sonunda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycanda kəşfiyyat fəaliyyətinin təsbit edilməsi və qarşısının alınması istiqamətində intensiv araşdırmaların davam etdirildiyi bir daha sübut olundu. Belə ki, DTX-da başlanılmış cinayət işi üzrə keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanları nümayəndələrinin illər ərzində Azərbaycanda çoxmərhələli kəşfiyyat işi, bununla əlaqədar qonşu ölkələrin ərazisində məxfi görüşlərin təşkili və Azərbaycan xüsusi xidmət orqanları əməkdaşlarını fərdi əməkdaşlığa cəlb etməyə istiqamətlənən kanalların qurulmasından ibarət dərin kəşfiyyat işi müfəssəl aşkarlanıb. Bildirilir ki, aidiyyəti şəxslər casusluq formasında dövələtə xəyanət və digər cinayət əməllərinə görə məsuliyyətə cəlb edilib, xarici xüsusi xidmət orqanları əməkdaşlarının kəşfiyyat işi üçün uydurulmuş və həqiqi şəxsiyyətləri, kəşfiyyat metodikaları aşkarlanıb, əməliyyat-kəşfiyyat işləri ilk mənbəyədək ifşa edilərək zərərsizləşdirilib. Aparılan cinayət işi üzrə cinayət əməllərinin törədilməsinə şərait yaradan hallar müəyyən edilib, digər şəxslər müxtəlif cinayət əməllərinə görə məsuliyyətə cəlb edilib, ifşa olunmuş dərin casusluq işi üzrə xarici xüsusi xidmət orqanlarının əldə etdiyi məlumatların mahiyyəti nəzərə alınaraq mümkün nəticələri aradan qaldırılıb. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Dünən isə qanunsuz dini təbliğatla məşğul olan xarici vətəndaşlar Azərbaycandan deportasiya ediliblər. Daxili İşlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən birgə tədbir nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, M. Ə. Rəsulzadə qəsəbəsində yerləşən yaşayış evində bir qrup əcnəbi vətəndaşın da iştirak etdiyi qeyri-qanuni dini fəaliyyət aşkarlanıb. Qeyd olunan ünvanda humanitar yardım adı altında missionerlik fəaliyyəti, o cümlədən qeyri-qanuni dini təbliğatla məşğul olan xarici vətəndaşlar barəsində müəyyən edilmiş tələblərə uyğun olaraq inzibati qaydada protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, həmin xarici vətəndaşlar cərimə olunaraq Azərbaycandan departasiya ediliblər.

Mübariz Qurbanlı: "Onlar... ayrı-ayrı ölkələrdə ictimai-siyasi sabitliyi pozmağa, qarşıdurma yaratmağa cəhd edirlər”
Bu arada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı diqqətçəkən açıqlama verib. O bildirib ki, radikal dini qruplar, din adından sui-istifadə edənlər olduqca təhlükəlidir. Komiə sədri vurğulayıb ki, hazırda din adı altında gizlənən, dini siyasiləşdirən qruplar var: "Onlar bunun vasitəsilə ayrı-ayrı ölkələrdə ictimai-siyasi sabitliyi pozmağa, qarşıdurma yaratmağa cəhd edirlər. Bəzi ölkələrdə hətta buna nail olublar. Biz bunu Suriyanın, İraqın, Əfqanıstanın və digər ölkələrin timsalında görürük. Ona görə də dindən sui-istifadəyə qarşı ciddi qabaqlayıcı tədbirlər görülməlidir. Ölkədə bununla əlaqədar müvafiq dövlət orqanları tərəfindən lazımi addımlar atılır".
M. Qurbanlının sözlərinə görə, dini radikalizmlə bağlı çəkilən filmlərə gənclərin marağının böyük olduğu müşahidə edilir: "Bu cür filmlər vasitəsilə ölkəmizdəki dini durum, dövlət-din münasibətləri, din pərdəsi altında gizlənən radikallar barədə daha dolğun məlumatları ictimaiyyətə, xüsusilə də gənclərə çatdıra bilərik".

Vüsal Hətəmov: “Komitə sədri Mübariz Qurbanlının məlum çıxışı ictimaiyyəti çaşdırır”
Şərqşünas-politoloq Vüsal Hətəmov mövzu ilə bağlı “Reytinq”ə açıqlamasında deyib ki, komitə sədrinin çıxışları arasında ziddiyyət var. Onun sözlərinə görə, M. Qurbanlı təxminən 10 gün öncə çıxışında qeyd etmişdi ki, ölkədə radikal dini qrupların nə sosial, nə maddi bazası mövcuddur, nə də fəaliyyətləri var. İndi isə deyir ki, ölkədə radikal dini qruplar mövcuddur: “Bu nə açıqlamadır? Əgər doğrudan da, varsa, mütləq, həmin qruplar haqqında ictimaiyyətə dolğun açıqlama verilməlidir. Əks təqdirdə komitə sədri Mübariz Qurbanlının məlum çıxışı ictimaiyyəti çaşdırır.
Din həssas mövzudur. İnsanlarımız bilməlidir ki, konkret dini radikal cərəyanlar kimdir və bunların dövlət üçün, xalq üçün hansı ziyanlı tərəfləri var.
DQİDK ciddi qurumdur. DQİDK məsullarının hər bir çıxışı hesablanıb ictimaiyyətə ötürülməlidir. Suriya, İraq, Əfqanıstanda çirkin oyunların qurbanı olmuş cavanların məlum hadisəsi bəs etmirmi?
DQİDK vətəndaş cəmiyyətləri ilə münasibətlərdə aktiv olmadığı üçün ictimaiyyətdən lazımi qədər məlumatlı deyil. DQİDK, hesab edirəm ki, müvafiq media və QHT-lərlə daha yaxından işləməlidir”.
V. Hətəmov nəzərə çatdırıb ki, əslində, dünyada bütün dini məzhəb və cərəyanlar həm stabil, həm də radikal ola bilərlər: “Məsələn, Suriya ərəb ölkələri arasında ən tolerant dövlət sayılırdı. Amma müdaxilələr nəticəsində ölkə əhalisi radikallaşdı. Həmçinin ölkədə vəziyyət qarışdıqda artıq beynəlxalq terror şəbəkələri də öz üzvlərini qarışıqlıq yaranmış ölkələrə yerləşdirə bilirlər. Bizdə də artıq ənənəvi şiə və sünni məzhəbləri kənarında kənar missionerlərin fəaliyyəti sayəsində radikal fikir davamçıları yaranıb. Kamikadze yetişdirib "cənnət" adı ilə ortaya düşənlər azdırmı? DQİDK əgər hüquq-mühafizə orqanlarına arxayın olub danışırsa, bu, düz istiqamət deyil. Hüquq- mühafizə orqanlarının işi son məqamda olmalıdır. İlkin mərhələdə DQİDK və QMİ öz işlərini məsuliyyətlə yerinə yetirməlidir. Mən başa düşə bilmirəm ki, QMİ və DQİDK niyə öz fəaliyyətlərini ancaq məscid-icma çərçivəsində həyata keçirirlər?! Məgər məsciddən kənar, zirzəmi qruplaşmalarının olmamasına əmindirlərmi? Əmindirlər ki, məsciddən kənar yerlərdə radikal dəstələr yetişmir?”.

İlham İsmayıl: “Azərbaycanda heç vaxt sünni-şiə qarşıdurması olmadığı halda, son illər vəhhabi-şiə qarşıdurması yaşanmaqdadır”
Sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə qəzetimizin əməkdaşı ilə söhbətində deyib ki, Azərbaycan müstəqillik əldə edəndən bəri dini məsələdə radikallaşma prosesi olub və bu günə kimi də davam edir. Onun sözlərinə görə, dini zəmində təhlükə heç vaxt səngiməyib ki, arxayınlıq da yaransın: “Ölkədə dindarların sayının artması, ölkə xaricindəki radikal qruplara qoşulması halları var və bu, artan xətt üzrə gedib. Eyni zamanda, xaricin dəstəyi ilə burada dindar qruplaşmaların sayının artması, təşkilatlanması, bəzən isə terrora meyllənməsi hər zaman artan xətt üzrə inkişaf edib. Hətta vəziyyət o həddə çatıb ki, Azərbaycanda heç vaxt sünni-şiə qarşıdurması olmadığı halda, son illər vəhhabi-şiə qarşıdurması yaşanmaqdadır. Son zamanlar terrora meyllənən dini qruplaşma üzvlərinə qarşı keçirilən əməliyyatlar da bu təhlükənin hələ tam aradan qalxmadığnı göstərdi. Ola bilsin ki, bir neçə ay bu istiqamətdən hər hansı hərəkətlilik olmasın, aktivlik müşahidə edilməsin. Amma bu o demək deyil ki, bu proses dayanıb. Ümumiyyətlə, dini proseslərin bir xarakterik xüsusiyyəti də var. Onlar çox səbrlə, gizli formada təşkilatlanmağı bacarırlar və səbrlə öz zamanlarını gözləyirlər. Təbii ki, bu işlə dövlətin xüsusi xidmət orqanları məşğul olur. Dini Kimitənin də bu məsələlərdə fəaliyyəti önəmlidir. Amma komitə sədri on gün əvvəl dini zəmində təhlükənin olmadığını bəyan edib, qısa müddətdə onun əksini söləməsi də qəbulolunmazdır. Maarifləndirmədən və bunun müəyyən müsbət təsirlərindən də danışmaq olar. Amma gərək bu sahəyə məsul şəxslər açıqlama verərkən reallığa uyğun fikir bildirsinlər”.
Müsahibimiz qeyd edib ki, Azərbaycanda dini zəmində hər hansı təhlükə yaratmaq istəyənlər elə də zəif qüvvə deyillər. Onun sözlərinə görə, bu təhlükə Səudiyyə, İran səviyyəsində olan qüvvələr tərəfindən gələ bilər: “Onlar bura böyük maliyyə ayırırlar. Hətta siyasi hakimiyyəti ələ almaq uğrunda mübarizə aparmaq niyyətlərindədirlər. Azərbaycan tipli ölkələrdə dini inqilabların baş verməsi də mümkündür. Kim deyirsə ki, bu, bizdə mümkün deyil, yanılır. Din elə bir sahədir ki, burada insanların qarşısına ən müqəddəs hislərlə, Allahla, peyğəmbərlə çıxırlar. İnsanlar onlara qarşı çıxanda deyirlər ki, sən Allaha qarşı çıxırsan. Bu mənada dini zəmindəki proseslərə həssaslıqla yanaşmaq lazımdır”.
İ. İsmayıl hesab edir ki, Azərbaycan müstəqillik əldə edəndən bəri son iki onillikdə xaricə aparılan, xaricdə təhsil alan, yaxud da xaricə gedib-gələnlər, Ərəbəsitandan, Türkiyədən gələn missionerlər burada elə fəaliyyət göstərirlər ki, diqqət çəkmirlər: “Onlara bağlı olduqları mərkəzdən deyiblər ki, gedin, bizim tapşırığımızı gözləyin. Bu gün Azərbaycanda həbsxanalarda xeyli insan dini zəmində hər hansı bir fəaliyyətinə görə yatırsa, burada təkcə vicdan azadlığı məsələsi deyil. Bəzi məqamlarda kifayət qədər radikallıqlar olub və qarşısı alınıb. Dövlət özü də çox gözəl bilir ki, bu radikallıq hansı proseslərə gətirib çıxara bilər, ona görə də sərt tədbirlər hayata keçirib. Təəssüf ki, Azərbaycan kimi ölkələrdə bu cür təhlükə hər zaman var. Kimsə bunun əksini söyləyirsə, onlara xarici ölkələrin Azərbaycanla bağlı yazılan analizlərini oxumağı məsləhət görürəm. Rusiya Azərbaycandakı prosesi çox yaxşı izləyir. Rus təhlilçilərin yazdığına görə, Azərbaycanda ya Ukrayna Maydanı, ya da İslam inqilabı ola bilər. Gəncədəki son hadisəni də birbaşa islam radikallığı ilə əlaqələndirirlər”.
Xüsusi xidmət orqanlarının dini zəmində baş verəcək təhlükələrə qarşı mübarizəsi və önləyici tədbirlərinə gəlincə, ekspert “Onu deyim ki, bizim Dövlət Təhlükəsizliyi Xidmətinin bu sahədəki fəaliyyəti təqdirəlayiqdir. İstər daxildən, istərsə də xaricdən gələn hər hansı təhlükəylə bağlı proseslərə çox ciddi nəzarət var. Əgər ciddi nəzarət olmasaydı, Azərbaycanda elə hadisələr baş verərdi ki. Biləsiniz ki, radikal islamçılar bizim sevə-sevə keçirdiyimiz bayram günlərində nələr fikirlərşiblər… Onların qarşısı çox peşəkarlıqla alınıb.
Bu gün dini proseslərdə müəyyən sakitlik varsa, bu, xüsusi xidmət orqanlarının işinin nəticəsidir. Amma bu elə sahədir ki, burada arxayın olmaq olmaz. Ona görə də təhlükəsizlik orqanları hər zaman nəzarət prosesini davam etdirirlər. Çünki təhlükə var və proses davam edir. Əməliyyat nəzarəti yaxşı olduğu, informasiyalar düzgün alındığı üçün təhlükəli hadisələr olmur”, – deyə İ. İsmayıl fikrini tamamlayıb.

Mütəllim Rəhimli: “İnsanlar qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq üçün yollar axtarır, nəticədə dinə meyllənir və bəzi hallarda radikal qruplaşmaların təsiri altına düşürlər”
Politoloq Mütəllim Rəhimli isə deyib ki, ölkəmizdə dini qarşıdurma mühitinin yaranmaması üçün davamlı səylər göstərilir. Onun sözlərinə görə, hər şeydən öncə buna münbit şərait yaradan amilləri aradan qaldırmaq lazımdır: “İnsanlar o vaxt Allaha daha çox inanır və ibadətlə məşğul olurlar ki, yaşadıqları mühit və həyat şəraitləri ağır olur. Azərbaycandakı indiki vəziyyəti dəyərləndirəndə aydın olur ki, vətəndaşlarımız kifayət qədər əzab-əziyyətlə yaşayır. Çətinliklərlə üz-üzədir. Onlar problemlərini həll etmək üçün bir çox hallarda qanuni yollardan istifadə edə bilmirlər. Bəzi dövlət qurumları, o cümlədən məhkəmələr obyektivliklərini qorumurlar. Bu da cəmiyyətdə alternativlər axtarışına gətirib çıxarır. İnsanlar üzlərini Allah tutur, qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq üçün yollar axtarırlar. Nəticədə dinə meyllənir və bəzi hallarda radikal qruplaşmaların təsiri altına düşürlər”.
M. Rəhimli diqqətə çatdırıb ki, ölkəmizdə dini qarşıdurma mühitinin yaranmaması üçün davamlı səylər göstərilir: “Ancaq bütün bunlar nəticələrin aradan qaldırılmasına yönəlir. İnsanları radikallaşdıran səbəblərin yox edilməsi üçün işlər görüldüyünü müşahidə etmək mümkün deyil. Düşünürəm ki, bu gün ölkəmizdə qarışıqlığın yaranmasına səbəb olacaq amillərin içərisində ən böyüyü dini qruplaşmalardır. Nəzərə almaq lazımdır ki, siyasi partiyaların bilərəkdən nüfuzdan salındığı və zəiflədildiyi bir mühitdə dini faktor şişir və dinin təsiretmə gücü artır. Bu müstəvidə isə rəqiblərlə mübarizə sivil qaydada, qanunlarla aparılmır”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar
Dünən, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
Dünən, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
Dünən, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
Dünən, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
Dünən, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
Dünən, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var