Ölkənin bütün təhsil müəssisələrində dərslər dayandırıldı
Tarix: 16-01-2019 13:22 | Bölmə: Slayd
Ölkənin bütün təhsil müəssisələrində dərslər dayandırıldı

Təhsil naziri Ceyhun Bayramov təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə əmr imzalayıb.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.

Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.




Bölməyə aid digər xəbərlər