Nazirlik əhaliyə xüsusi təhlükə xəbərdarlığı edib - Ehtiyatlı olun
Tarix: 16-01-2019 14:13 | Bölmə: Slayd
Nazirlik əhaliyə xüsusi təhlükə xəbərdarlığı edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edib. Reyting.az-ın məlumatına görə, xəbərdalığında qeyd olunur ki, yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək.


"Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir. Ötən günlə müqayisədə havanın temperaturu 10 dərəcə aşağı enəcək. Respublikanın rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Yanvarın 17-dən 18-ə keçən gecə respublikanın rayonlarında yolların buz bağlama ehtimalı var”.

Xəbərdarlıqda bildirilir ki, yanvarın 17-də Bakıda və Abşeron yarımadasında yağıntının sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturu 0-2 dərəcə isti olacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər